Alternative content

21:59 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər qlobal istiləşməyə qarşı mübarizədə radikal üsullar təklif edir
Alimlər qlobal istiləşməyə qarşı mübarizədə radikal üsullar təklif edir
ANA SƏHİFƏ / DÜNYA
15:41 15.05.2019

Kembric Universitetindən olan alimlər yeni elmi mərkəz yaratmağa hazırlaşırlar. Mərkəz Yer kürəsi iqlimini "düzəldəcək” texnologiyaların işlənib hazırlanması və öyrənilməsi ilə məşğul olacaq. Tədqiqatçılar, həmçinin iqlim dəyişmələri kimi təbiət üçün fəlakətli problemlərin həllində son dərəcə radikal geomühəndislik yanaşmalarını, məsələn, planetimizin qütblərinin təkrar dondurulması, həmçinin atmosferdən karbon qazının təmizlənməsi kimi məsələləri nəzərdən keçirməyə hazırlaşırlar.

AZƏRTAC bu barədə "Hi-News.ru”ya istinadla xəbər verir.

Bu cür elmi mərkəzin yaradılmasına səbəb alimlərin hazırda ətraf mühitin qorunması üçün istifadə edilən yanaşmaların insan fəaliyyəti nəticəsində planetə vurulan təhlükəli və bərpaolunmaz zərərin qarşısını ala bilməməsi olub. Layihə müəllifləri hesab edirlər ki, onların ilk təşəbbüsü atmosferə atılan karbon tullantılarının səviyyəsinin və onların qatılığının əhəmiyyətli dərəcədə azalmasına həqiqətən də kömək ola bilər.

Layihəni Britaniya hökumətinin sabiq elmi müşaviri, professor Devid Kinq əlaqələndirir.

"Yaxın 10 il ərzində biz bəşəriyyətin gələcəyini növbəti 10 min il üçün müəyyən edəcəyik. Dünyada buna bənzər məsələlərlə məşğul olan digər belə bir elmi mərkəz yoxdur”, - deyə Kinq BBC-nin jurnalistləri ilə söhbətində bildirib.

Kinq tərəfindən təsvir edilən və müzakirə olunan problemin həllində gələcəkdə bizə yardım edəcək ideya nümunələri daha çox geomühəndisliklə bağlıdır. Yer kürəsi iqliminin bərpası mərkəzinə doktor Emili Şakburq rəhbərlik edəcək. O, mərkəzin əsas vəzifəsinin iqlim problemlərinin həlli olmasını müəyyən edib. Mərkəzdə təkcə iqlimşünas-alimlər deyil, həm də mühəndislər və sosioloqlar da fəaliyyət göstərəcəklər.

"Qarşımızda tariximizin ən mürəkkəb və mühüm məsələlərindən biri durur və biz onun həllinə bütün məsuliyyətimizlə və səylərimizlə yanaşmalıyıq”, - deyə Şakburq qeyd edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM