Alternative content

21:54 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ bütün amerikalı dövlət qulluqçularını İraqdan çıxarır
ABŞ bütün amerikalı dövlət qulluqçularını İraqdan çıxarır
ANA SƏHİFƏ / DÜNYA
13:30 15.05.2019

ABŞ Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı olmayan bütün dövlət qulluqçularının İraqı tərk etməsi barədə göstəriş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Bağdadda yerləşən səfirliyi məlumat yayıb. "Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı olmayan bütün amerikalı dövlət işçilərinin, o cümlədən Bağdaddakı səfirlik və Ərbildəki konsulluq əməkdaşlarının İraqdan çıxarılması barədə göstəriş verib”, - diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda belə deyilir.

Səfirliyin məlumatına görə, viza xidmətlərinin göstərilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bir qədər əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran tərəfindən hərbçilərə potensial təhlükənin artması səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini yüksəldib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM