Alternative content

21:19 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dmitri Savelyev: Qonaqpərvərlik Azərbaycanın milli sərvətidir
Dmitri Savelyev: Qonaqpərvərlik Azərbaycanın milli sərvətidir
ANA SƏHİFƏ / SİYASƏT
13:25 15.05.2019

Bakıya ən müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələri gəlir, bu halda heç kəs Azərbaycanda özünü qərib hiss etmir, ən səmimi qəbulla qarşılaşır.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycan qlobal miqyaslı idman, mədəni və siyasi tədbirləri ən yüksək səviyyədə təşkil etməyi bacardığını əməli surətdə sübut edib.

Rusiyalı deputat deyib: "İki il bundan əvvəl Avropa Futbol Federasiyaları Assosiasiyası final matçlarının keçirilməsi üçün üç şəhər arasında seçim apararkən haqlı olaraq məhz Bakının namizədliyi üzərində dayandı. Mən özüm tez-tez Azərbaycanda oluram və açıq deyə bilərəm ki, bu ölkədə qonaqpərvərlik ab-havası milli sərvətdir: azərbaycanlılar son dərəcədə xeyirxah və səmimi insanlardır. Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroftsun fikrincə, gözəl Bakı şəhəri ingiltərəli fanatların xoşuna gələcək. Mən isə tam əminəm ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç, necə deyərlər, hava şəraitindən asılı olmayaraq, dostluq ruhunda baş tutacaq, çünki idman ilk növbədə sülh və yalnız bundan sonra rəqabət deməkdir”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM