15 May 2019 12:25
2507
Qəbullar
A- A+

Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlər uğurla və dinamik şəkildə inkişaf edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirərək, Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Bakıda keçirilən XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə toxunan Prezident İlham Əliyev Belarusun bu tədbirdə fəal şəkildə iştirakından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Belarusun kənd təsərrüfatı məhsullarının keyfiyyətinin Azərbaycanda razılıq doğurduğunu dedi və özünün Belarusa səfəri zamanı orada da Azərbaycan Ticarət Evinin açılmasını bu sahədə əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenko Belarusun XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində fəal iştirakının Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığa göstərdiyi diqqətin nəticəsi olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan və Belarus dövlətləri başçılarının əlaqələrimizin inkişafı ilə bağlı verdikləri tapşırıqlara əsasən birgə layihələr uğurla həyata keçirilir. İqor Lyaşenko ölkəmizə səfəri zamanı Azərbaycanda istehsal olunan və birgə istehsalı planlaşdırılan kənd təsərrüfatı texnikası və eləcə də digər nəqliyyat vasitələri nümunələri ilə tanış olduqlarını və bu sahədə işlərin uğurla həyata keçirildiyini diqqətə çatdırdı.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı ilə yanaşı, maşınqayırma, avtomobil sənayesi sahələrində əlaqələrin perspektivləri müzakirə edildi, Azərbaycan məhsullarının, xüsusilə tütün və şərab ixracının önəmi qeyd olundu və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video