15 May 2019 12:24
945
Mədəniyyət
A- A+

Gerbimizdəki təsvirlər nəyi ifadə edir


Azərbaycanın dövlət rəmzlərinin hər birinin öz tarixi var. Bayrağımızın ilk formaları, yaranması və onun üzərindəki hər bir elementin mənaları haqqında hamımız məlumatlıyıq. Hazırkı dövlət gerbi də müəyyən formalaşma dövrü keçib, ilkin variantlar təklif olunub, sonda ən optimal variant təsdiqlənib. Onun hazırlanması üçün keçirilən müsabiqədə rəssam dizayner Rafiq Məmmədov iştirak edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi ilk andiçmə mərasimini, "Əsrin müqaviləsi” və bir çox beynəlxalq tədbirlərin interyer dizaynının müəllifidir.

AZƏRTAC-a açıqlama verən rəssam dizayner Rafiq Məmmədov qeyd edir ki, 1991-ci ildə Azərbaycan müstəqil olandan sonra gerbin hazırlanması üçün dövlət səviyyəsində müsabiqə elan olunub. Həmin vaxt mindən artıq gerbin eskizi komissiyanın seçiminə təqdim edilib.

Rəssamın sözlərinə görə, o da müsabiqəyə Azərbaycan xalçası ilə bağlı gerb təqdim edib . Xalçalarda simvol tapdığını deyən R.Məmmədov qeyd edib ki, dünyanın əksər gerblərin üzərində quş şəkili var. Ona görə də müəllif xalçadakı quş şəkillərini gerbə köçürüb. Müsabiqə birinci yeri tutduğunu deyən rəssam gerbin üzərindəki rəmzin təsadüfü olmadığını söyləyir. Onun fikrincə, xalçalarda bir-birinin qarşısında duran quşlar dostluq, bərabərlik rəmzidir.

Lakin 1992-ci ildə müsabiqənin nəticələri ləğv olunub. Gerbin hazırlanması işinə yenidən başlanıb.

Rafiq Məmmədov bildirir ki, yeni müsabiqə təşkil olundu. Sonrakı mərhələdə 1920-ci ildə gürcü rəssam Knyaz Şerşavidze tərəfindən hazırlanan simvol Milli Məclisin müzakirəsinə çıxarılıb. Lakin bu peşəkar rəmzə bənzəmədiyi üçün Milli Məclis tərəfindən qəbul olunmayıb.

Daha sonra ona zəng olunaraq bu simvolun üzərində işləməsi ilə bağlı tapşırıq verildiyini deyən rəssam gerbin geraldika sənətinə uyğun hazırlandığını bildirib.

Müəllifin sözlərinə görə, gerb üzərindəki şəkillərin hamısının mənası var. Məsələn taxıl bolluqdur, palıd möhkəmlikdir, gerbdə eyni zamanda bayraq və 8 guşəli ulduz həkk olunub. Gerbin üzərindəki alova oxşayan simvol isə əslində yazıdır. Müəllif qeyd edir ki, məşəl allah sözü ilə əvəzlənib.

Rafiq Məmmədov deyib: "Arxivdə apardığı araşdırmalar zamanı məlum oldu ki, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin gerbi olmayıb. O zaman Gürcü rəssam Knyaz Şerşavidzeye gerbin hazırlanması tapşırılır. Rusiyada teatr rəsmı olan Şerşavidze rəmzi 1920-ci ildə hazırlayır, ancaq bolşevik işğalı nəticəsində gerb qəbul olunmur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video