Alternative content

04:07 24 May 2019
ONLINE XƏBƏR LENTİ
02:34 24.05.2019 İlk dəfə
02:24 24.05.2019 Sabahın qurucuları
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabitlik böyük sərvətdir
Sabitlik böyük sərvətdir
ANA SƏHİFƏ / SİYASƏT
00:58 15.05.2019


Münaqişələrin, böhranların səngimədiyi müasir dünyamızda öz yolu ilə inamla addımlamaq, inkişaf etmək və uğur qazanmaq hər ölkəyə nəsib olmur. Diqqət yetirsək, planetin müxtəlif yerlərində bir sıra dövlətlərin və onların xalqlarının müxtəlif səbəblərdən əziyyət çəkdiklərini, düşdükləri böhranlardan xilas ola bilmədiklərini görərik. Hər ötən gün geosiyasi mübarizənin, ölkələrin bir-birinin işinə kobudcasına qarışmasının və hərbi ritorikanın yüksəlməsi ilə yadda qalır.

Azərbaycanda isə vəziyyət fərqlidir. Müstəqilliyinin 28-ci ilini yaşayan respublikamız sürətlə inkişaf edir, qüdrətlənir və beynəlxalq aləmin nüfuzlu üzvü kimi öz mövqeyi və siyasəti ilə fərqlənir. Bu baxımdan ölkəmizin böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən siyasət nəticəsində ölkəmiz mühüm siyasi-iqtisadi və sosial uğurlara nail olub. Azərbaycan qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib. Bu gün respublikamız siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Artıq kosmos dövlətinə çevrilən, bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına seçilməklə iki il dünyanın ən ali təşkilatında uğurlu fəaliyyət göstərən, yerləşdiyi bölgənin imkanlarından səmərəli istifadə etməklə uğurlarını ildən-ilə sürətlə artıran Azərbaycan həqiqətən inkişaf fenomeninə çevrilib.

Bütün bu uğurlar və bütövlükdə Azərbaycanın hazırkı reallıqları ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının nə dərəcədə mükəmməl xarakter daşıdığını təsdiq edir. Həm də bir daha aydın olur ki, bu siyasət yeni çalarlarla daha da zənginləşdirilərək dövrün tələblərinə uyğun formada Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.

Əldə etdiyimiz bütün uğurların müxtəlif amillərlə yanaşı həm də sabitliklə və siyasi-ictimai asayişin təmin olunması ilə birbaşa bağlı olması özünü tarixi təcrübədə təsdiq edən mühüm faktordur. Bu gün bir sıra ölkələrin özünün ən yüksək inkişaf dövrünü yaşaması məhz sabitliyin və qanunçuluğun aliliyi sayəsində mümkün olub. Lakin bizi bu günlərə gətirən yollar heç də həmişə hamar olmayıb. Ən azından müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin başıpozuq fəaliyyətlərinin nəticəsində Azərbaycanda cinayətkarlığın və təhlükəsizliyə təhdidlərin baş alıb getməsi çoxunun yaddaşında dərin iz buraxıb. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar edildi, cinayətkarlığa qarşı mübarizə gücləndi, ictimai-siyasi duruma təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirildi.

Son 16 ildə ölkəyə rəhbərlik edən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq ölkəmizdə sabitlik və əmin-amanlıq möhkəmlənib, Azərbaycan beynəlxalq birliyin ən firavan subyektlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə Pezident İlham Əliyev sabitliyin hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: "Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dünyaya, beynəlxalq mənzərəyə baxın. Harada ki sabitlik pozulur ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir. Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salın. Nə görəcəyik? Müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri, o şəhərciklər ki biz onlardan 2007-ci ildə xilas olmuşuq. Mən o vaxt seçkiqabağı söz vermişdim ki, 5 il ərzində bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bunu biz 4 ilə etdik. Yəni sabitliyin pozulması buna gətirib çıxarır. Hər bir insan bilməlidir ki, sabitlik böyük sərvətdir. Biz bunu çox böyük fədakarlıq göstərərək əldə etmişik”.

Bu gün regionumuzda və ətraf bölgələrdə xoşagəlməz hadisələr baş verməkdədir. Dünyanın bir sıra nöqtələrində, eləcə də Yaxın Şərqdə gedən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Bəzi güclər öz maraqları naminə bəzi ölkələrin daxilində vəziyyəti gərginləşdirir, vətəndaş müharibəsinə, qanlı aksiyalara səbəb olurlar. Ərəb ölkələrindəki qarşıdurmalar səngimək bilmir, İraq və Suriyada terrorçular hələ də meydan sulayır. Bu ölkələrin hər biri dini, etnik zəmində ərazi bütövlüyünün parçalanması təhdidi ilə qarşılaşıb. Onların xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalaraq humanitar fəlakətə düçar olublar. Bütün bunlar bir daha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir. Ona görə Azərbaycanda təmin olunmuş sabitlik dövlətimizin, xalqımızın ən mühüm nailiyyətlərindən biridir.

Azərbaycanda bərqərar olunmuş ictimai-siyasi sabitlik ölkəmizi sevməyən bir sıra xarici dairələrin və onların öz içimizdəki əlaltılarının maraqlarını elə indinin özündə də təmin etmir. Ona görə antiazərbaycançı adlandırdığımız bu şəbəkənin ayrı-ayrı elementləri Azərbaycanda sabitliyin pozulması üçün daim müxtəlif ssenarilər hazırlayıb və ayrı-ayrı vasitələrlə həyata keçirməyə cəhd edirlər. Ancaq onların məkrləri güclü Azərbaycan dövlətçiliyinin, xalq-hakimiyyət vəhdətinin qarşısında həmişə puça çıxıb, bütün bəd niyyətləri gözlərində qalıb. Ölkədə təhlükəsizliyimizi təhdid edən planlara qarşı vaxtında uğurlu önləyici tədbirlər həyata keçirilir. İstənilən mənfur niyyətin qarşısını almaq üçün Azərbaycan kifayət qədər imkanlara və qabaqlayıcı tədbirlərə malikdir.

Azərbaycan hər baxımdan dünyanın ən təhlükəsiz diyarlarından biridir. Respublikamız sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Azərbaycanda ictimai-siyasi sabitlik bundan sonra da dönmədən qorunacaq və möhkəmlənəcək. Heç bir antimilli qrup bu sabitliyi sarsıtmaq iqtidarında deyil.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM