Alternative content

21:22 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya-Ermənistan münasibətləri daha da gərginləşib
Rusiya-Ermənistan münasibətləri daha da gərginləşib
ANA SƏHİFƏ / SİYASƏT
00:52 15.05.2019


Paşinyan Rusiya bayrağını təhqir edəni yüksək vəzifəyə təyin etdi


Rusiya və Ermənistan arasında münasibətlərin son bir il ərzində kifayət qədər pisləşməsi, iki ölkənin əlaqələrinin kəskin ziddiyyətlər mərhələsinə qədəm qoyması müşahidə olunmaqdadır. Bütün bunların kökündə dayanan başlıca amil isə baş nazir Nikol Paşinyanın Rusiyanın mövqeyinə zidd addımlar atması, komandasında Moskva əleyhinə olan şəxslərin çoxluq təşkil etməsidir. Məhz belə bir vaxtda Yerevanda Rusiyanın heç də xoş qarşılamayacağı daha bir addım atılıb. Belə ki, Rusiyanın dövlət bayrağını açıq-aşkar tapdalayan David Gevorkyan Araqason vilayətinin qubernatoru təyin edilib.

Bayraqla bağlı hadisə Rusiyanın Yerevandakı səfirliyinin binasının qarşısında keçirilən etiraz aksiyası zamanı baş verib. Ermənistan parlamentindəki "İşıqlı Ermənistan” müxalif fraksiyasının başçısı Edmon Marukyan bununla bağlı hakimiyyətdən izahat tələb edib: "Bu günlərdə mediada Araqason vilayətinin qubernatorunun etiraz aksiyasında iştirak edib Rusiyanın dövlət bayrağını yandırmaq cəhdi barədə məlumatlar yayılmışdı.

Həmin aksiyada bunu etməyə polis imkan verməyib. Ancaq o, Rusiyanın dövlət bayrağını ayağı altına ataraq tapdalayıb. Fikrimcə, vətəndaş öz mövqeyini başqa dövlətin bayrağını yandırmaq və ya tapdalamaqla bildirə bilər. Ancaq mən belə bir adamın Ermənistanda qubernator kimi yüksək vəzifəyə təyin edilməsini başa düşə bilmirəm. Halbuki hakimiyyət Rusiya ilə əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini iddia edir”.

David Gevorkyan 2018-ci il oktyabrın 10-dək Ermənistanın ərazi idarəetmə və inkişaf nazirinin müavini vəzifəsində işləyib. O, həmin tarixdə istefa verərək qubernator vəfizəsinə təyin edilib. Hesab edilir ki, belə bir adamın yüksək vəzifədə qalması Rusiya-Ermənistan münasibətlərini daha da pisləşdirəcək.

Digər tərəfdən, Ermənistanda Rusiyanın adamları kimi tanınan şəxslərin sıradan çıxarılması Moskvada xoş qarşılanmır. Yerevana xəbərdarlıq edilsə də, Paşinyan bunu nəzərə almır. Elə bunun nəticəsidir ki, Rusiyanın adamları kimi tanınan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın artıq məhkəməsi keçirilir. Halbuki Rusiya bu şəxslərə toxunmamaq üçün Yerevana dəfələrlə mesaj ünvanlayıb. Lakin bu da nəzərə alınmayıb. Həmin şəxslərlə bağlı məhkəmə prosesi isə Yerevanın Avan və Nor Nork rayonunda keçirilir.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarkisyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə genişmiqyaslı aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar. Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib.

O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub. Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar.

Rusiya isə bu şəxslərin azadlığa çıxmasını istəyir, amma onun bu istəyini Yerevan yerinə yetirməkdən imtina edir. Bu da iki ölkə arasında münasibətləri daha da pisləşdirir.

Rusiyalı politoloq Aleksey Fenenko da bildirir ki, hakimiyyətə Paşinyanın gəlişindən sonra Rusiya-Ermənistan münasibətlərində müəyyən soyuma hiss olunur: "Rusiyanın siyasi isteblişmenti Ermənistanın yeni siyasi elitasına etibar etmir. Rusiyada Ermənistandakı yeni hakimiyyətə ehtiyatla yanaşırlar. Ötən il ərzində Moskva rəsmi Yerevandan bir dostyana jest belə görməyib. Paşinyan vaxtaşırı Rusiya ilə tərəfdaşlıq və dostluqdan dəm vurur. Bununla belə, Ermənistan NATO ilə tərəfdaşlıq üzrə bütün proqramları qoruyub saxlayır və onların genişləndirilməsi ilə bağlı danışıqlar aparır. Ermənistan və Avropa İttifaqı arasında 2017-ci ilin dekabr ayında imzalanmış assosiasiya haqda müqavilə hələ də qüvvədədir və bu sənəd öz növbəsində Avrasiya İqtisadi Birliyi çərçivəsində qəbul olunmuş vahid gömrük tarifləri üzrə siyasətlə ziddiyyət təşkil edir.

Ermənistan ötən ilin sentyabr ayından etibarən faktiki olaraq KTMT-nin işinə əngəl yaradır. Moskva belə bir şəraitdə Yerevanın Avrasiya İqtisadi Birliyinin sıralarını tərk edəcəyindən ehtiyatlanır. Belə bir gedişat yeni yaranmış təşkilata ağır zərbədir. Kreml eyni zamanda Ermənistanın hərəkətlərinin KTMT-nin təməllərini sarsıda biləcəyindən ehtiyat edir. Ölkə, bundan əvvəl də dediyim kimi, KTMT-nin işini əngəlləyir. Bu müstəvidə, demək olar ki, Rusiya ilə Ermənistanın münasibətləri daha da pisləşəcək”.

Hesab olunur ki, bu münasibətlərin pisləşməsi fonunda Ermənistan sosial-iqtisadi, siyasi cəhətdən ağır vəziyyətə düşərək regionda daha zəif mövqe sahibinə çevriləcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM