Alternative content

23:46 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Təzadlar” qəzetinin adı nə üçün “qara siyahı”ya daxil edilib?
“Təzadlar” qəzetinin adı nə üçün “qara siyahı”ya daxil edilib?
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:44 15.05.2019


Azərbaycan Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının və MŞ-nin Apelyasiya komissiyasının 1 mart 2019-cu il tarixdə keçirilmiş birgə iclasının rəyinə əsasən "Təzadlar” qəzetinin adı şuranın "qara siyahı”sına daxil edilib. Bunun səbəbi "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə izah olunub. Eyni zamanda, ona "qara siyahı”dan çıxmağın prosedurları barədə də məlumat verilib.

Təəssüflər olsun ki, A.Mərzili "Təzadlar” qəzetinin "qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yol seçib. O, Azərbaycan Mətbuat Şurasına və MŞ-nin İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atmaqla məşğuldur. Maraqlıdır ki, A.Mərzili MŞ İdarə Heyətinin bəzi üzvlərini sərt tənqidə məruz qoyduğu halda, qurumun digər üzvlərinə, belə demək mümkünsə, "separat danışıqlar” təklif edir, bir növ, ikitirəlik yaratmağa köklənir.

Peşəkarlar, o cümlədən diqqətli oxucular MŞ-nin fəaliyyəti, onun ictimai qınaq forması kimi seçdiyi "qara siyahı” barədə məlumatlıdırlar. Hər kəs bilir ki, şura medianın özünütənzimləmə qurumu qismində jurnalistlərin "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AJPDQ) nə dərəcədə riayət etmələrinə nəzarəti həyata keçirir, peşə prinsiplərini pozan KİV-ə yol verdikləri yanlışlıqları xatırladır, nöqsanların aradan qaldırılması üçün tövsiyələr ünvanlayır. Qurumun AJPDQ-nın prinsiplərini düşünülmüş şəkildə, hansısa maraqlar naminə pozmuş KİV-ə qarşı ictimai qınaq tədbiri - "xəbərdarlıq”, "ciddi xəbərdarlıq” və nəhayət, "qara siyahı”ya daxil etməkdir. "Təzadlar” ilə bağlı hər 3 prosedur tətbiq olunub: müxtəlif vaxtlarda yayımladığı və AJPDQ-nın prinsiplərinin kəskin şəkildə pozulduğu məqalələrinə görə nəşrə xəbərdarlıqlar edilib. Əlbəttə, nəticə çıxarmadığı üçün onun adı "qara siyahı”dadır.

Tövsiyələri, xəbərdarlıqları saya almayan A.Mərzili yalnız adının "qara siyahı”ya düşməsindən sonra prosesi ciddiyə alıb. Lakin yenidən yanlış addımlar atmaqda davam edir. Hazırda "Təzadlar” qəzetinin səhifələrində AJPDQ-nın prinsiplərini ciddi şəkildə pozan, paralel olaraq, MŞ-nin rəylərini şübhə altına alan məqalələr yayımlanır, oxucuları çaşdırmağa cəhd göstərilir. Ancaq Asif Mərzili istəsəydi, durum bu qədər kəskin həddə çatmazdı.

MŞ monitorinq qrupu "Təzadlar” qəzeti və A.Mərzili barədə vətəndaşlardan, ayrı-ayrı idarələrdən daxil olmuş şikayətlər üzrə təqribən 30-a yaxın məqaləni təhlil edib. Bəlli olub ki, bu yazılarda ayrı-ayrılıqda ən yaxşı halda 30-a qədər səhv var və bu səhvlərin hər biri narazılıq üçün əsas verir. Yanlış, yalan yazmaq, marağı tələb edəndə məsələləri şişirdib əndazədən çıxarmaq, şər və böhtan atmaq, istənilən vasitə ilə şəxsi maraqlarını təmin etməyə çalışmaq Asif Mərzilinin ənənəvi iş üslubudir. Belə yanaşma AJPDQ-yə, ümumilikdə jurnalistika prinsiplərinə ziddir.

Asif Mərzilinin bu yanaşma tərzi "Təzadlar”ı dəfələrlə çətin duruma salıb. Bəzən belə dəsti-xətt ölkəmizin maraqlarına zidd olub. Diqqət yetirək: "Təzadlar” qəzeti 2009-cu ildə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç barədə məqalə dərc etmişdi. Məqalə Mərzilinin həsəd və qısqanclıq hissləri zəminində yazılmışdı. Reallıq bu idi ki, keçmiş səfir həmin vaxtlarda redaksiyalara baş çəkir və kiçik xatirə hədiyyələri təqdim edirdi. "Təzadlar” isə bunu səfirliyin guya mətbuatı ələ alması kimi göstərmişdi. Halbuki səfir "Təzadlar”ın redaksiyasını ziyarət etsəydi, bu bəsit motivə əsaslanmış iddia ortaya çıxmazdı. Başqa cür düşünmək üçün əsas yoxdur. Buna və digər məsələlərə görə MŞ qəzetin adını "qara siyahı”ya daxil etmişdi. Lakin beş illik fasilədən sonra Mətbuat Şurası A.Mərzilinin xahişini nəzərə alaraq "Təzadlar”ın adını "qara siyahı”dan çıxartdı. Həmin andan baş redaktor yenidən öz neqativ əməllərinə qayıtdı.

A.Mərzili və rəhbərlik etdiyi "Təzadlar” qəzeti ilə əlaqədar şikayətlər o qədər çoxalıb ki, onları araşdırmaq, təhlil etmək, səhvləri qruplaşdırmaq xeyli vaxt aparır. Təsəvvür edin ki, MŞ-nin Şikayətlər üzrə Komissiyasının son bir il müddətində keçirdiyi bütün iclasların gündəliyində "Təzadlar” qəzetindən şikayətin müzakirəsi yer alıb. Komissiyanın 20 noyabr 2018-ci il tarixli iclasında (BDU-nun dosenti Rəşid Cabbarovun şikayəti üzrə) və 14 dekabr 2018-ci il tarixli iclasında (Ağdam Rayon İcra Hakimiyyətinin Bakı şəhəri üzrə daimi nümayəndəliyinin rəhbəri Elxan Mahmudovun və "Psixologiya” jurnalının təmsilçisi V.Abduləzimovun şikayəti üzrə, "Kür-Xəzər” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Akif Kərimovun şikayəti üzrə) "Təzadlar” qəzeti və "təzadlar.az” saytı barədə şikayətlər araşdırılıb, şikayət doğuran materiallarda AJPDQ-nin balans prinsipinin pozulduğu müəyyən edilib. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq "Təzadlar” qəzeti və "təzadlar.az” saytına MŞ tərəfindən xəbərdarlıq olunub. Tərəflər razılaşıblar ki, yazıda adı keçən və ittiham olunanların fikirlərinin açıqlanması üçün saytda şərait yaradılsın. Amma A.Mərzili özünün də iştirakı ilə keçirilmiş bu iclaslardan sonra razılaşmaları pozub, şikayətçilərə qəzetdə fikirlərini çatdırmaq imkanı verməkdən yayınıb.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 15 yanvar 2019-cu il tarixdə keçirilmiş iclasında vətəndaş Quliyev Şakir Sabir oğlunun və Azərbaycan Dövlət İqtisad Universitetinin -UNEC-in professor/müəllimlərinin "Təzadlar.az” saytına qarşı şikayətləri araşdırılıb. Həmin müraciətlərdə iddia olunurdu ki, saytda Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC barədə qısa müddət ərzində 255-ə yaxın məqalə yayımlanıb. Məqalələr şər, böhtan xarakterlidir. Həmin 255 məqalədən yalnız 20-yə yaxını MŞ üzvlərinə təqdim edilmişdi.

Komissiya müəyyən edib ki, son vaxtlar "Təzadlar.az” saytı barədə MŞ-yə ünvanlanmış şikayətlər intensivləşib. Şikayət doğuran materiallarda AJPDQ-nin əksər prinsipləri pozulub. Komissiya üzvləri mübahisəli məqamların çoxluğunu, həm iddialarda, həm də verilən cavablarda boşluqların olduğunu, dəqiqləşdirmələrə ehtiyacın yarandığını nəzərə alaraq qərara gəliblər ki, qeyd edilən KİV-in fəaliyyətinin və şikayət doğuran materialların geniş araşdırılması üçün "Təzadlar” qəzeti və onun onlayn versiyası üzrə materiallar MŞ-nin monitorinq qrupuna yönləndirilsin. A.Mərziliyə də tövsiyə edilib ki, kampaniya xarakterli yazıları bir həftə müddətində dayandırsın, monitorinq qrupunun mövcud məqalələr üzərində araşdırma aparmasına şərait yaratsın. Baş redaktor bu şərtlə razılaşdığını bildirsə də, həmin günün ertəsi şərtləri pozub, Dövlət İqtisad Universitetinin rəhbərliyi ilə yanaşı, MŞ üzvlərini də tənqid hədəfinə çevirən yazılar yayımlamağa başlayıb. Şura üzvləri ilə "separat danışığ”ında isə etiraf edib ki, həmin məqalələrin sifarişçiləri onların yayımının bir həftəlik dayandırılması ilə razılaşmırlar və bu səbəbdən Şikayətlər üzrə Komissiyanın tövsiyələrini qəbul etməməyə məcburdur. Göründüyü kimi, "Təzadlar” qəzeti üçün "qara siyahı”dan başqa yol qalmır.

Azərbaycan Mətbuat Şurasının katibliyi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM