Alternative content

17:56 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uğurlar davam edəcək
Uğurlar davam edəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:41 15.05.2019


Hacıqabulda görülən işlər inkişafın yeni mərhələsi üçün möhkəm təməl yaratmışdır


Hacıqabulun bugünkü xoş növrağını görəndə istər-istəməz ən yeni tariximizin 1990-cı illəri göz önündən gəlib keçir. O vaxt rayon təzə təşkil edilmişdi. Öncə uzun müddət Şirvan (o zaman Əli Bayramlı) şəhərinin tərkibində qəsəbə olmuşdu. 1990-cı illərin məlum hadisələri bu rayonun da taleyindən yan keçmədi. Sovetlər dövründən nə qalmışdısa, demək olar ki, hamısı dağıdılaraq yerlə-yeksan edildi.

İqtisadiyyat bərbad hala düşsə də bir təsəllimiz vardı: xalqımız əsrlərlə həsrətində olduğu müstəqilliyinə qovuşmuşdu. Sonrası özümüzdən asılı idi. 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin polad iradəsi, gərgin əməyi, uzaqgörən siyasəti sayəsində ölkəmiz düşdüyü fəlakət burulğanından çıxmağı bacardı. Sabitlik yarandı, "Əsrin müqaviləsi” imzalandı, islahatlar həyata keçirildi. 2003-cü ilin ikinci yarısından neftdən gələn ilk gəlirlər qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər mühüm məsələlərlə yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına yönəldildi. Bununla bağlı 2004-cü il fevralın 11-də Prezident İlham Əliyev I Dövlət Proqramını imzaladı. Beləliklə, regionlarda inkişaf dövrü başladı.

Yeni yaradılmış Hacıqabul rayonunda da çox iş görmək lazım gəlirdi. Odur ki, bütün qüvvələri səfərbər etmək, ayrılmış vəsaitin hər manatından səmərəli istifadə etmək və illərdən bəri üst-üstə qalanmış problemləri həll etmək tələb olunurdu. Aparılan tikinti-quruculuq, abadlıq işləri rayon mərkəzinin, qəsəbə və kəndlərin simasını aydan-aya, ildən-ilə dəyişdi. Yeni obyektlər, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikildi, parklar, xiyabanlar salındı, müasir istehsal sahələri yaradıldı və bunun hesabına çoxsaylı iş yerləri açıldı. Regionların sosial-iqtisadi inkişafı II və III dövlət proqramları çərçivəsində görülən işlərin miqyası daha da genişləndirildi.

2007-ci ilin avqust ayında əsaslı şəkildə yenidən qurulan rayon Mərkəzi Xəstəxanası, 2009-cu il sentyabrın 3-də yeni tikilmiş Uşaq Tibb Mərkəzi istifadəyə verildi. 5 min 240 yerlik 19 məktəb, o cümlədən Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 1460 şagirdlik 6 məktəb binası tikildi. 3 min 294 şagirdlik 8 məktəb binası təmir olundu. Məktəb tikintisi indi də davam etdirilir. Məlumdur ki, uşaq bağçaları azyaşlıların məktəbə hazırlanmasında baza rolunu oynayır. Bu məqsədlə uşaq bağçası və körpələr evi əsaslı təmir edilmiş, yeni uşaq bağçası tikilib istifadəyə verilmişdir. Qeyd etmək lazımdır ki, bir neçə il bundan əvvəl daxili imkanlar hesabına rayonda bir neçə idman qurğusu yaradılmışdır.

1959-cu ildə inşa olunan rayon Mədəniyyət evi əsaslı təmir olunmuş, Pir Hüseyn Xanəgahında bərpa işləri aparılmış, Xanəgaha gedən 18 kilometrlik yol yenidən qurularaq istismara verilmişdir. Şəhərdə ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəz də yenidən qurulmuşdur.

2010-cu ilin yazında Kür çayının daşması Hacıqabul rayon camaatını sınağa çəkdi. Onlar dövlətin maddi köməyi ilə təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldırdılar. Su altında qalmış 258 ev yenidən tikilib vətəndaşlara verildi, zərərçəkənlərə 535 min manat məbləğində kompensasiya ödənildi.

Pilot layihələr çərçivəsində elektrik təsərrüfatının yenidən qurulması, habelə təbii qaz xəttinin çəkilişində rayon birincilər sırasında oldu. Bununla əhalinin işıq, təbii qaz problemi aradan qaldırıldı. Rayon mərkəzinin və digər yaşayış məntəqələrinin içməli suya olan tələbatı həll edildi.

Hacıqabulda sənayenin inkişafı ilə bağlı da xeyli iş görülmüşdür. Bu barədə danışarkən ilk növbədə 2013-cü il aprelin 15-də istifadəyə verilmiş seramik plitələr zavodu yada düşür. Müəssisə İtaliyanın "ASCMI” şirkətinin avadanlıqları ilə təchiz edilmişdir. 500 nəfərdən çox adamın çalışdığı müəssisənin müxtəlif adda məhsulları yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər nəticəsində indi respublikamız nəinki özünü təmin edir, hətta xarici ölkələrə də quş əti ixrac edir. Belə göstəricinin əldə olunmasında "Hacıqabul Quşçuluq” şirkəti kollektivinin də xüsusi payı var. Hazırda müəssisədə 600-ə yaxın işçi çalışır.

Yol infrastrukturunun yeniləşməsi sahəsində rayonda mühüm işlər görülmüşdür və bunlar hazırda da davam etdirilir. Ötən illər ərzində rayon iqtisadiyyatında istər sənaye, istərsə də kənd təsərrüfatında əsaslı dönüş yaranmış, əhalinin rifahı xeyli yaxşılaşmışdır.

Adıçəkilən obyektlərin, demək olar ki, hamısının təməlqoyma və istifadəyə verilməsi mərasimində ölkə rəhbəri cənab İlham Əliyev iştirak etmişdir.

Hacıqabul bu gün inkişafın yeni mərhələsindədir. Dövlətin prioritet məsələ kimi qarşıya qoyduğu iqtisadi siyasət kursu uğurla həyata keçirilir. Ölkə əhalisini bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təchiz etmək, idxaldan azad olmaq, yeni iş yerləri yaratmaq kimi məsələlərin icrası üçün ardıcıl tədbirlər görülür. Fermerlərin, torpaq mülkiyyətçilərinin texnikaya, mineral gübrələrə, əkin suyuna olan tələbatının ödənilməsi diqqət mərkəzində saxlanılır.

Hazırda bu istiqamətdə "Pirsaat massivində 4 min 800 hektar əkinəyararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi layihəsi” çərçivəsində işlər görülür. Layihənin mahiyyəti mənbəyi Kür çayı olmaqla 27,6 kilometr məsafədən 4 min 800 hektar əkinəyararlı torpaq sahəsinə suvarma suyunun çıxarılmasıdır. Uzunluğu 4 min 905 metr olan kanalın yenidən qurulması, habelə 3,6 kilometr uzunluğunda beton kanalın tikintisi və 7,4 kilometr uzunluğunda ikixətli boru xəttinin çəkilişi, 35/6 kilovoltluq yarımstansiyanın, üzən nasos stansiyasının qurulması və nasosa xidmət edən binaların tikintisi başa çatdırılmışdır.

Son illər rayonda aqroparkların yaradılması istiqamətində də tədbirlər həyata keçirilmişdir. Padar qəsəbəsi ərazisində "Azərsun Holdinq” tərəfindən 1625 hektar sahədə aqropark yaradılmış, burada 777 hektar sahədə pivot sistemi, 75 hektarda damcı suvarma sistemi quraşdırılmış, müasir texnikalar alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, qaraj tikilmişdir. Keçən il 490 hektar buğda sahəsindən 4 min 461 ton, 791 hektar arpa sahəsindən 1938 ton, 117 hektar çuğundur sahəsindən 6 min 520 ton, 20 hektar soya sahəsindən 40,9 ton məhsul əldə edilmişdir. 2019-cu ilin məhsulu üçün 212 hektarda buğda, 516 hektarda arpa əkilmişdir.

Aqroparkda illik istehsal gücü 20 min ton süd olan 2 min başlıq heyvandarlıq kompleksində son tamamlama işləri gedir. Təsərrüfatın istifadəyə verilən hissəsində mal-qaraya aqrotexniki qaydada qulluq edilir və indiyə kimi 1339 baş cins mal-qara alınıb gətirilmişdir.

Meyniman kəndində 2 min hektar torpaq sahəsi olan "Muğan Aqro” MMC-yə məxsus aqroparkda infrastruktur yaradılmış, 2 mal, 4 qoyun tövləsi, yem anbarı, inzibati və yardımçı binalar tikilmişdir. Qoyunların sayı 1560-a çatdırılmışdır. Ötən il hər birinin sahəsi 2 hektar olan 5 müasir tipli istixana tikilmişdir. 110 hektar buğda sahəsindən 380 ton, 120 hektar arpa sahəsindən 285 ton, 174 hektar yonca sahəsindən isə 2 min 440 ton məhsul əldə edlmişdir. 20 hektarda soğan, 80 hektarda pambıq, 250 hektarda qarğıdalı əkilmiş, 57 hektarda yeni meyvə bağı salınmış, bağların ümumi sahəsi 114 hektara çatdırılmışdır. Bunlardan əlavə, illik istehsal gücü 5 min ton süd olan 700 başlıq heyvandarlıq kompleksi yaradılmışdır. Hazırda təsərrüfatda 264 baş inək, 221 buzov bəslənilir. 2019-cu ilin məhsulu üçün 60 hektarda buğda, 100 hektarda arpa səpini aparılmışdır.

Rayon ərazisində müasir tipli iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması məqsədilə 30 min hektar sahənin təyinatı dəyişdirilərək əkin kateqoriyasına keçirilmişdir. "Aqro Dairy” MMC tərəfindən bu ərazidə 100 və 35 kilovoltluq yarımstansiyalar tikilmiş, 17 kilometrlik su xəttinin çəkilişi başa çatdırılmışdır. 7 min hektarı əhatə edən pilot suvarma sistemləri quraşdırılmışdır. Növbəti illərdə aqroparkın əkin sahələrinin tamamilə pilot suvarma sistemi ilə əhatə olunması nəzərdə tutulmuşdur. Ötən ilin payızında cari ilin məhsulu üçün burada 19 min 830 hektara buğda, 1670 hektara arpa, 348 hektara yonca əkilmişdir.

Rayonun Atbulaq kəndində 19 hektar torpaq sahəsində illik istehsal gücü 9,6 milyon yumurta olan "AZERBROOD” MMC quşçuluq müəssisəsinin tikintisində işlər davam etdirilir. 2 sektorda işlər başa çatdırılmışdır. Qalan 3 sektorda tamamlama işləri görülür. Müəssisə fəaliyyətə başlayanda burada 100 nəfər çalışacaq.

Atbulaq kəndində daha bir istehsal sahəsi, "Hajiqabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası ilə istixana tikilib istifadəyə verilmişdir. Layihənin ümumi dəyəri təqribən 40 milyon manatdır. Burada hər hektarın məhsuldarlığı 250-300 tondur. Müəssisədə 70 nəfər işlə təmin edilmişdir.

Rayonda fermerlər və torpaq sahibkarları üçün də şərait yaradılmışdır. Bunun nəticəsidir ki, qazanılan nailiyyətlər ürəkaçandır. Belə ki, keçən il taxılçılıq üzrə göstəricilər əvvəlki illərdəkindən çox olmuşdur. Cari ilin məhsulu üçün keçən ilin payızında 25 min 925 hektarda buğda, 11 min 8 hektarda arpa, 353 hektarda yonca, 321 hektarda isə xəsil əkilmişdir. Nümunəvi qulluq nəticəsində sahələrdə bol məhsul yetişir.

Rayonun iqtisadi coğrafiyasında yer alan istehsal sahələrindən biri də ölkə rəhbəri İlham Əliyevin 2017-ci il 25 iyul tarixli sərəncamına əsasən yaradılmış Hacıqabul Sənaye Məhəlləsidir. Məlum olduğu kimi, bu ilin fevralında sənaye məhəlləsində "Azərmaş” ASC-nin Rusiyanın "ZAQ Qrup” şirkəti ilə imzaladığı razılığa əsasən avtomobil zavodunun təməli qoyulmuşdur. Dəyəri 14 milyon manat olan layihə üzrə zavodda ildə 1000 ədəd avtomobil istehsal ediləcək.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM