Alternative content

17:55 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan idmançıları Paracüdo üzrə Beynəlxalq Qran-pri turnirində 11 medal qazanıblar
Azərbaycan idmançıları Paracüdo üzrə Beynəlxalq Qran-pri turnirində 11 medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
00:11 15.05.2019


Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Paracüdo üzrə Beynəlxalq Qran-pri yarışlarına mayın 14-də yekun vurulub. AZƏRTAC xəbər verir ki, turnirin sonuncu günündə Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb.

Kişilərin yarışında Rövşən Səfərov (90 kq) moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuzun növbəti rəqibi Türkiyə idmançısı İbrahim Bölükbaşı olub. Rəqibini üç saniyə ərzində ipponla məğlub edən R.Səfərov yarımfinala vəsiqə qazanıb. Növbəti görüşdə dünya çempionu, "Rio 2016”nın gümüş medalçısı ukraynalı Aleksandr Nazarenkonu da üç saniyə ərzində ipponla məğlub edən idmançımız adını finala yazdırıb. R.Səfərov həlledici görüşdə İran idmançısı Vahid Nouriyə uduzaraq gümüş medalla kifayətlənməli olub. Bürünc medallara dünya çempionatının gümüş medalçısı rusiyalı Vladimir Fedin və A.Nazarenko layiq görülüblər.

Turnirdə 100 kiloqram çəki dərəcəsində yarışda Böyük Britaniya idmançısı Kristofer Skelley qızıl medala sahib olub. Rusiyalı Anatoli Şevçenko yarışı ikinci, ABŞ paracüdoçusu Benjamin Qudriç və almaniyalı Oliver Apmann üçüncü pillədə başa vurublar.

Yüz kiloqramdan yuxarı çəki dərəcəsində Özbəkistan idmançısı Şirin Şaripov fəxri kürsünün birinci, iranlı Mohammedreza Xeirollahzade ikinci, gürcüstanlı Revaz Çikoidze və yaponiyalı Kento Masaki isə üçüncü pilləsinə qalxıblar.

Qadınların yarışında idmançımız Xanım Hüseynova (63 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Duyğu Cete Artara qalib gələrək turniri üçüncü pillədə başa vurub. Bu çəki dərəcəsində finalda özbəkistanlı Nafisa Şərifboeva Rusiya təmsilçisi Olqa Poznişevaya qalib gələrək çempion olub. Digər bürünc medala isə dünya çempionatının bürünc mükafatçısı, çinli Yue Vanq layiq görülüb.

Qran-pridə 70 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində Meksika idmançısı Lenia Fabiola Ruvalkaba Alvarez birinci, braziliyalı Alana Martins ikinci, özbəkistanlı Vəsilə Aliboeva və dünya çempionatının bürünc mükafatçısı, rusiyalı Olqa Zabrodskaya üçüncü olublar.

İtaliyalı Karolina Kosta 70 kiloqramdan yuxarı çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finalda məğlub olan Çin paracüdoçusu Honqyu Vanq gümüş medalla kifayətlənib. Braziliya təmsilçiləri Meq Emmeriç və Rebeka Silva bürünc medal qazanıblar.

Xatırladaq ki, turnirin birinci günündə paracüdoçularımız millimizin aktivinə 3 qızıl, 3 gümüş və 3 bürünc medal yazdırıblar. Beləliklə, turnirdə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub.

Qran-prinin qalibi adını aktivində 4 qızıl və 4 bürünc medal olan Özbəkistan seçməsi qazanıb. Ukrayna 1 qızıl, 1 gümüş və 2 bürünc medalla üçüncü olub.

Heydər Əliyev adına İdman sarayında keçirilən turnirdə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparıb. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edib. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatami üzərinə çıxıb. Qran-pri "Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırıb.

Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC Paracüdo üzrə Qran-prinin media tərəfdaşıdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM