15 May 2019 00:10
1742
ELANLAR
A- A+

Latın Amerikasını təmsil edən diplomatlar “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar


Perunun Azərbaycandakı səfiri xanım Maria Milaqros Kastanyon Seoane və Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Qabriel Hara Maldonado Balaxanı Sənaye Parkı və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar.

"Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qurumun fəaliyyəti, tullantıların idarəolunması sahəsində və "yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində görülən işlər, Balaxanı Sənaye Parkında sahibkarlar üçün yaradılmış əlverişli şərait barədə qonaqlara məlumat verib. Bildirilib ki, Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatlarının, plastik materialların və süngərlərin təkrar emalı sahələri üzrə 7 rezident fəaliyyət göstərir. Daha 11 növ istehsal sahəsi üzrə qeydiyyata alınmış 9 rezident yaxın zamanda fəaliyyətə başlayacaq.

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ilə tanışlıq zamanı qonaqlara ətraf mühitə mənfi təsirlərin azaldılmasında müəssisənin rolu barədə məlumat verilib. Qeyd edilib ki, 4-cü nəsil texnologiya ilə inşa edilən zavod Şərqi Avropada bu tipli ən müasir müəssisələrdəndir. Müəssisə il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantı yandırmaq, 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 200 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Diplomatlar "yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində görülən işlərdən məmnunluğunu bildirib, "Təmiz Şəhər” ASC-nin bu sahədə işini yüksək qiymətləndiriblər.

"Təmiz Şəhər” ASC-nin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video