Alternative content

21:19 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vladimir Putin Rusiyanın yeni enerji təhlükəsizliyi strategiyasını təsdiqləyib
Vladimir Putin Rusiyanın yeni enerji təhlükəsizliyi strategiyasını təsdiqləyib
ANA SƏHİFƏ / DÜNYA
22:31 14.05.2019

Rusiya Prezidenti Vladimir Putin ölkənin yeni enerji təhlükəsizliyi strategiyasını (doktrina) təsdiq edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sənəd Rusiyanın enerji təhlükəsizliyinə dair dövlət siyasətində əsas ünsürləri əhatə edir. Strategiyada Rusiyanın beynəlxalq enerji təhlükəsizliyinə istiqamətlənən layihələrdə iştirakının xarici ölkələr tərəfindən məhdudlaşdırıldığı qeyd olunur.

Bəzi xarici ölkə və təşkilatların, xüsusilə neft və təbii qaz sektorunda Rusiyanın iştirak etdiyi layihələrə müxalif olduğu qeyd edilən sənəddə rus şirkətlərinin qlobal enerji bazarında məruz qaldığı "ayrı-seçkiliyin” aradan qaldırılmasının vacibliyi vurğulanır.

Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələri ilə inteqrasiyanın inkişaf etdirilməsinin vacibliyinin bildirildiyi sənəddə BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını özündə birləşdirən təşkilat), Şanxay Əməkdaşlıq Təşkilatı, Qaz İxrac Edən Ölkələr Forumu və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd edilir.

Rusiyanın maye təbii qaz (LNG) sektorunun da inkişafının vacibliyi qeyd olunan sənəddə enerji tarazlığında karbohidrogen ehtiyatlarının istehlakının azaldığı və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM