Alternative content

21:22 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ordubad Rayon İcra Hakimiyyətinininzibati binası istifadəyə verilib
Ordubad Rayon İcra Hakimiyyətinininzibati binası istifadəyə verilib
ANA SƏHİFƏ / SİYASƏT
22:23 14.05.2019

Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Ordubad rayonunu yeni inkişaf mərhələsinə çıxarıb. Qədim Ordubad şəhəri bu gün həm də müasirliyi ilə diqqəti cəlb edir. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri ulu öndər Heydər Əliyev ideyalarının bəhrələridir. Yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması Ordubadda məskunlaşmanın və əhali sayının artmasına səbəb olub. Bu il də rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlər tikilərək istifadəyə verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, mayın 14-də Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək deyib ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, aparılan quruculuq işləri Ordubad rayonunu da əhatə edib. Rayonda yaradılan müasir infrastruktur dövlətimizin iqtisadi gücünün daha bir göstəricisinə çevrilib. Bu il rayonun Dəstə kəndində 900 şagird yerlik məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Hazırda Vənənd kəndində yeni məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, Uşaq Musiqi Məktəbi və xidmət mərkəzinin tikintisi davam etdirilir. Bundan başqa Ordubad şəhərində 28 mənzilli yaşayış binası inşa olunur. Darkənddəki qədim dəyirman bərpa edilir, Anaqut kəndində yeni məscid binası tikilir. Elşad Məmmədov yaradılan şəraitə və göstərilən qayğıya görə rayon əhalisi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət orqanlarının əməkdaşlarını və ictimaiyyət nümayəndələrini təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə sabitlik, iqtisadi inkişaf və tərəqqi vardır. Görülən işlər bunu bir daha təsdiq edir. İnsanların həyat səviyyəsi yüksəldilir, iş şəraiti yaxşılaşdırılır. Bu da dövlət orqanlarında qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə imkan verir. Ordubad Rayon İcra Hakimiyyətinin binasında yaradılan şərait də imkan verəcək ki, kollektiv üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsin.

Ali Məclisin Sədri deyib: Ordubad rayonu bir şəhər, üç qəsəbə və 43 kənddən ibarət olmaqla icra hakimiyyəti tərəfindən idarə olunur. İcra hakimiyyətinin kollektivi rayonun siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində fəaliyyətin normal təşkilini həyata keçirir. Bu tədbirlərin uğurla həyata keçirilməsi üçün müasir iş şəraiti olmalıdır. Ona görə də Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası yenidən quruldu. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına, dövlət qulluqçularına göstərdiyi qayğının daha bir nümunəsidir. Binada fəaliyyət göstərəcək dövlət qurumlarının əməkdaşları isə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməli, rayonun inkişafına öz töhfələrini verməlidirlər.

"Bu ilin mart ayından etibarən Ordubad rayonunun əhalisi 50 min nəfəri ötmüşdür. Ona görə də icra strukturunda dəyişiklik edilmiş, Ordubad Rayon İcra Hakimiyyətinin ştat cədvəlinə birinci müavin və digər ştatlar əlavə edilmiş, kollektivin əməkhaqqısı artırılmışdır”, - deyən Ali Məclisin Sədri bu münasibətlə tədbir iştirakçılarını və sakinləri təbrik edib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin"Ordubad Azərbaycanın incisidir”fikrini xatırladaraq deyib: Ordubad milli dəyərlərimizin, tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub yaşadıldığı rayondur. Bu gün Ordubad rayonundakı tarixi abidələr – su dəyirmanları, körpülər, hamamlar bərpa olunur. Bununla yanaşı rayonun müasir inkişafı da diqqətdə saxlanılır, yeni məktəblər, xəstəxanalar, həkim ambulatoriyaları, yollar, su-kanalizasiya sistemləri qurularaq əhalinin istifadəsinə verilir. Lakin quruculuq işləri aparmaq işin bir tərəfidir. Əsas məsələ onlardan səmərəli istifadə etmək və qorumaqdır. Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən 6 dövlət və ictimai təşkilatın kollektivləri də səmərəli fəaliyyət göstərməli, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Ali Məclisin Sədri qurulanlardan səmərəli istifadə olunacağına əminliyini bildirib, bir daha kollektivi təbrik edib.

Sonra binaya baxış olub. Bildirilib ki, 4 mərtəbəli inzibati binada 43 yerlik müşavirə zalı, 27 iş otağı, 124 yerlik iclas zalı, arxiv, anbar, qazanxana və yeməkxana yerləşir. Birinci mərtəbədə vətəndaşların qəbulu üçün otaqlar vardır. İkinci mərtəbədə icra hakimiyyətinin kollektivi, üçüncü mərtəbədə isə Statistika, Gənclər və İdman idarələri, Birləşmiş Həmkarlar İttifaqları Şurası, "El həyatı” qəzetinin redaksiyası, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası, eləcə də Qızıl Aypara Cəmiyyəti üçün otaqlar ayrılıb. İş otaqlarında kompüterlər quraşdırılıb, müasir şərait yaradılıb.

Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Fərrux Nağızadə minnətdarlıq edərək deyib ki, icra hakimiyyətinin yeni binası müasir memarlıq əsəridir. Yaradılan iş şəraiti fəaliyyət üçün geniş imkanlar açır. Üzərimizə düşən əsas vəzifə gənclərlə işə diqqəti daha da artıraraq bugünkü inkişafımızı, sabitliyimizi təbliğ etməkdir.

Ümummilli lider Heydər Əliyevin binanın həyətindəki büstünün ətrafı abadlaşdırılıb, müasir işıqlandırma sistemi çəkilib, yaşıllıq salınıb.

Dövlət qurumları yeni binada
fəaliyyət göstərəcək

Mayın 14-də Ordubad şəhərində dövlət qurumları üçün yeni bina istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, bina 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad rayon şöbəsi, Ordubad Rayon Qeydiyyat Şöbəsi, ikinci mərtəbədə Ordubad Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Ordubad bələdiyyəsi yerləşir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad rayon şöbəsi üçün kompüterlə təmin edilmiş müasir iş otaqları istifadəyə verilib. Fiber-optik xəttin çəkilməsi, sürətli internet və proqram təminatı torpaq və əmlak məsələləri ilə bağlı sənədləşmənin elektron formada aparılmasına imkan verir.

Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Qənbərov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: Aparılan abadlıq və quruculuq işləri, tikilən məktəblər, çəkilən yollar, salınan park və xiyabanlar qədim Ordubad şəhərinin simasını xeyli dəyişib. Yeni iş yerləri açılıb, insanların rifahı yaxşılaşıb. Həmçinin şəhərdə yeni içməli su və kanalizasiya sistemləri quraşdırılıb. Bütün bunlar dövlətimizin insan amilinə verdiyi dəyərin, göstərdiyi qayğının təzahürüdür.

Ordubad Rayon Qeydiyyat Şöbəsinin rəisi Səriyyə Hüseynova fəaliyyəti üçün hərtərəfli şəraitin olduğunu bildirib və minnətdarlıq edib.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, dövlət təşkilatları ilə vətəndaşlar arasında sənəd dövriyyəsinin, xüsusilə də əmlak və torpaq məsələləri ilə bağlı müraciətlərin elektron formada qəbulu və cavablandırılması barədə tapşırıqlar verib.

Culfa-Ordubad avtomobil yolunun
tikintisi davam etdirilir

Bu gün muxtar respublikada yol təsərrüfatının inkişafına diqqət artırılır. Qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq hazırda Culfa-Ordubad magistral avtomobil yolu da yenidən qurulur.

Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobil yolunda görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, yolun 18 kilometrlik hissəsində tikinti işləri yekunlaşıb, bir körpü inşa olunub, asfalt örtük salınıb. Hazırda Gilançay üzərindəki körpünün yenidən qurulması davam etdirilir. Tikinti işləri aparılarkən yolda yeni su keçidləri qoyulur, gələcəkdə avtomobillərin rahat və təhlükəsiz hərəkəti üçün tədbirlər görülür, tikinti normalarına əməl olunur.

Ali Məclisin Sədri keyfiyyətin əsas götürülməsi, çay yataqlarında selqırıcı bəndlərin tikilməsi, eləcə də kənd yollarının təmirinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM