14 May 2019 18:23
640
DÜNYA
A- A+

Albaniyada yeni hökumətin əleyhinə etiraz aksiyası keçirilib


Albaniyanın paytaxtı Tiranada birləşmiş müxalifət yeni etiraz aksiyası keçirmişdir. MİA informasiya agentliyinin xəbərinə görə, əlverişsiz hava şəraitinə baxmayaraq, müxalifətin minlərlə tərəfdarı "Rama, get!” şüarları ilə küçələrə çıxmışdır.

Demokrat Partiyasının (DP) lideri Lülzim Başa etiraz nümayişinin iştirakçılarına müraciətində demişdir: "Yağış altında üç saatdan çox vaxt keçirdikdən sonra əmin olduq ki, məqsədimizin reallaşmasında – azad və ədalətli seçkilərin keçirilməsində dünyada bizə maneçilik törədə bilən qüvvə yoxdur. Bizi şərlə danışıqlar aparmağa məcbur edə biləcək qüvvə yoxdur”.

Etiraz aksiyası hökumət binasının qarşısında başlamışdır. Bundan sonra mitinqçilər parlamentə və Daxili İşlər Nazirliyinə doğru hərəkət etmişlər. Vəziyyət polis idarəsinin qarşısında gərginləşmişdir. Ötən şənbə günü keçirilmiş etirazlar zamanı tutulmuş 50 nəfərin azadlığa buraxılmasını tələb edən nümayişçilər polisə "Molotov kokteylləri”, daş və tüstü bombaları atmışlar. Toqquşmalar nəticəsində təhlükəsizlik orqanlarının bir əməkdaşı yaralanmış, polis idarəsinin binasında bir neçə şüşə sındırılmışdır.

DP-nin lideri Başanın rəhbərliyi ilə müxalifətçilər Baş nazir Edi Ramanın başçılıq etdiyi hökumətin istefasını tələb edirlər. Onlar iyunun axırlarında keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərini boykot etmək niyyətindədirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video