Alternative content

04:03 24 May 2019
ONLINE XƏBƏR LENTİ
02:34 24.05.2019 İlk dəfə
02:24 24.05.2019 Sabahın qurucuları
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Yaxın Şərqə 120 min əsgər göndərməyə hazırlaşır
ABŞ Yaxın Şərqə 120 min əsgər göndərməyə hazırlaşır
ANA SƏHİFƏ / DÜNYA
18:23 14.05.2019


ABŞ Müdafiə Nazirliyinin Prezident Donald Trampa təqdim etdiyi İrana qarşı hərbi plan 120 minədək amerikalı hərbçinin Yaxın Şərqə göndərilməsini nəzərdə tutur. Bu barədə Pentaqondakı mənbələrə istinadən "The Nyu York Times” qəzeti xəbər verir.

Bu addım, İran regiondakı ABŞ qüvvələrinə hücum etsə, yaxud nüvə silahı üzərində işini sürətləndirsə, həyata keçiriləcək. Məlumata görə, müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan planı şəxsən Prezidentə təqdim etmişdir.

Bu günlərdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirmişdi ki, Vaşinqton İran sahillərinə "Avraam Linkoln” təyyarədaşıyan gəmisini və bir neçə bombardmançı təyyarə göndərəcək. Onun dediyinə görə, bu, İranın münasibətləri gərginləşdirməyə yönəlmiş hərəkətlərinə cavab olacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM