14 May 2019 17:59
1391
Elm və texnika
A- A+

Pekində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib


Mayın 14-də Pekində "Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və yeni çağırışlar” mövzusunda forum keçirilib. Təşkilatçılar Çin Sosial Elmlər Akademiyası (ÇSEA) və Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA).

AMEA-nın İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə ÇSEA-nın alimləri ilə yanaşı, Azərbaycandan AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti beynəlxalq əlaqələr idarəsinin rəhbəri, dosent Esmira Əlirzayeva, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli, institutun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva, şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva və aparıcı elmi işçi, dosent Aqil Eyvazov iştirak ediblər.

Konfransda məruzələr dinlənilib, Çin və Azərbaycan arasında iqtisadiyyat sahəsində tərəfdaşlıq, yeni imkanlar, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri üzrə geniş müzakirələr aparılıb.

Forumda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli "Ölkələrin iqtisadi modellər üzrə təsnifləşdirilməsi”, dosent Rəsmiyyə Abdullayeva "Azərbaycanda sosial müdafiə sisteminin dövlət tənzimlənməsi”, iqtisad fəlsəfə doktoru Leyli Allahverdiyeva "Şəbəkə hazırlığı indeksi: xarici ticarətin liberallıq dərəcəsindən asılılığı və iqtisadi əhəmiyyəti”, dosent Aqil Eyvazov "Azərbaycanda iqtisadi islahatlar, biznes mühiti və investisiya imkanları” mövzularında təqdimatla çıxış ediblər.

Məruzələr ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video