Alternative content

21:19 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səfir: ermənilərin Avropa institutlarındakı fəaliyyəti yalana və qısamüddətli təxribat xarakterli təsirlərə əsaslanır
Səfir: ermənilərin Avropa institutlarındakı fəaliyyəti yalana və qısamüddətli təxribat xarakterli təsirlərə əsaslanır
ANA SƏHİFƏ / SİYASƏT
17:55 14.05.2019

Azərbaycanın bir sıra KİV-lərində xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş toplantısı zamanı görüşün nəticələrini əks etdirən yekun sənədə ölkəmizin razılıq verməməsi haqqında məlumatlar yayılıb və Azərbaycanın veto hüququndan istifadə etməsi sənəddə ərazi bütövlüyünə istinadların olmaması ilə əlaqələndirilib. Digər tərəfdən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış sənədə istinadən erməni mətbuatı canfəşanlıqla "Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanımadığını, tanımaq istəmədiyini və ölkəmizin təklikdə qaldığını” vurğulamağa çalışır. AZƏRTAC xəbər verir ki, bu məsələlərlə bağlı Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov KİV-ə müsahibə verib.

Səfir qeyd edib ki, bu məsələ Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmiş yüksəksəviyyəli konfrans zamanı ətraflı şəkildə cavablandırılıb (https://audiovisual.ec.europa.eu/en/video/I-172103 ). Bu məlumatlar tamamilə təxribat xarakteri daşıyır. Belə ki, xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş görüşü ilə bağlı yekun sənədin qəbul edilməsi, ümumiyyətlə, nəzərdə tutulmamışdı. Habelə Şərq Tərəfdaşlığının və Avropa İttifaqının bütün üzv dövlətləri, eləcə də Avropa institutlarının vahid sənədinin qəbul edilməsi ilə bağlı təklif irəli sürüldüyü zaman aparılmış müzakirələr prosedur xarakteri daşıyıb. Qəbul ediləcək sənədin yığcam, yoxsa əvvəlki sammitlərdə olduğu kimi geniş, əhatəli və bütün məqamlara diqqət yetirən bir sənəd olması ətrafında müzakirələr aparılıb.

Azərbaycan yekun sənəd qəbul ediləcəyi təqdirdə, sözügedən bəyannamədə Avropa İttifaqının bütün üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin prinsipial məsələlərinin tam şəkildə əks etdirilməsinin tərəfdarı olub. Bu xüsusda, bütün Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsi Azərbaycan, eləcə də Gürcüstan və Moldova tərəfindən birlikdə təklif edilib. Sadəcə, sənədi müəyyən qədər qısaltmaq məqsədilə Şərq Tərəfdaşlığı dövlətlərinin Avropa İttifaqının institutları, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə müzakirələri zamanı əvvəlki sammitlərin sənədlərinə istinadlar olunması və bununla da sözügedən prinsiplərin sənəddə öz əksini tapması barədə razılıq əldə edilib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış "sədrin yekun qeydləri” adlı sənəddə bütün əvvəlki sammitlərə istinadlar yer alır. Bir daha qeyd etmək istərdim ki, bütün Şərq Tərəfdaşlığı sammitlərində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi birmənalı şəkildə tanınır.

Sözügedən sənədlə bağlı Azərbaycan tərəfindən Gürcüstan və ya Ukrayna tərəfi ilə xüsusi müzakirələr aparılmayıb. Yekunda bəyannamə olmayan bu qısa sənədin "sədrin yekun qeydləri” kimi öz əksini tapması ilə bağlı razılıq əldə edilib.

Yuxarıda sadalanan faktlara baxmayaraq, Azərbaycanın "ərazi bütövlüyünün tanınmamasının” erməni mətbuatında canfəşanlıqla bayram edilməsi tamamilə gülünc bir məsələdir. Qarşı tərəf sənədi diqqətlə oxuyarsa, aydın şəkildə əvvəlki sammitlərdə qəbul edilmiş sənədlərə istinadları birmənalı şəkildə görə bilər.

Digər tərəfdən, mayın 6-da Slovakiya Respublikasının sədrliyi ilə Vışeqrad Qrupunun xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşündən sonra Vışeqrad Qrupu ölkələri tərəfindən bəyanat verilib və bu bəyanatda bir daha, hər zaman olduğu kimi, Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı şəkildə tanınıb. Bu məlumatı Slovakiya Respublikasının Xarici İşlər Nazirliyinin internet səhifəsindən də əldə etmək olar. Sual oluna bilər. Necə ola bilər ki, bir neçə gün öncə qəbul edilmiş sənəddə Avropa İttifaqının üzvü olan 4 dövlət – Polşa, Macarıstan, Çexiya və Slovakiya bunu açıq və konkret şəkildə bildirir?!

İlk dəfə deyil ki, biz bu kimi təxribat xarakterli və yanlış məlumatlarla üzləşirik. Çünki ermənilərin bütün Avropa institutlarında və beynəlxalq platformalardakı fəaliyyəti yalnız yalana və qısamüddətli təxribat xarakterli təsirlərə və yalançı köklərə əsaslanır.

"Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanın xarici siyasəti dövlətimizin milli maraqlarına və beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə hazırkı səfəri bu yanaşmanın ən bariz nümunəsidir. Məlum olduğu kimi, səfər zamanı bir sıra yüksəksəviyyəli görüşlər keçirildi və hazırda da Şərq Tərəfdaşlığı üzrə onun 10 illiyinə həsr olunmuş tədbirlər davam edir. Məlum olduğu kimi, Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş tədbirlərdə xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir və aparılan bütün müzakirələr zamanı ölkəmizin milli maraqlarına əsaslanan mövqeyi səsləndirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM