Alternative content

13:38 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84 faizi icra edilib
Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84 faizi icra edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:37 14.05.2019

Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84 faizi icra olunub.
Bu barədə AZƏRTAC-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Qeyd edilib ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub. Mayın 13-dək 506 min vətəndaşımıza ödənişlər təmin edilib ki, bu da planın 84 faizinin icra olunduğunu göstərir. Kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib, 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

Eyni zamanda, Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə başlanılıb. Bundan sonra vətəndaşlar Apellyasiya Komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM