14 May 2019 16:36
895
İDMAN
A- A+

Avropa Gənclər Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə Azərbaycan Televiziyası arasında saziş imzalanıb


Mayın 14-də "Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım və tərəfdaşlığa dair saziş imzalanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədi AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədov və "Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov imzalayıblar.

Sazişə əsasən, festivalın audio və videoçəkiliş materiallarını yayımlamaq və istifadə etmək hüququ AzTV-yə məxsusdur. "Bakı 2019” yarışları yeddi gün ərzində AzTV-də nümayiş olunacaq. Bundan başqa, festivalın açılış və bağlanış mərasimləri, bütün yarışların final mərhələsi və təltifetmə mərasimləri AzTV-nin ekranlarından bilavasitə nümayiş etdiriləcək. Bundan əlavə, audio və videogörüntülər "açıq yayım” vasitəsilə həyata keçiriləcək və beləliklə, tamaşaçılar dünyanın istənilən bölgəsində tezlikləri tənzimləməklə festivalı izləmək imkanı əldə edə biləcəklər.

AzTV-nin Azərbaycan xalqı üçün milli televiziya və radio kanalı olduğunu qeyd edən Elçin Səfərov bildirib ki, xalqımızın bu tədbirin keçirilməsini və idmançılarımızı dəstəkləməsi çox sevindiricidir. Əməkdaşlıq sayəsində artıq dünyanın istənilən nöqtəsindən festivalı izləmək mümkün olacaq. Ölkəmizə gələcək idmançıların sayı sübut edir ki, Avropa ölkələri Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin səviyyəsindən razıdır və Bakı onlar üçün əsl idman mərkəzidir.

AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədov bildirib ki, Azərbaycan Televiziyası ölkəmiz üçün XV Avropa Gənclər Yay Olimpiya Festivalı kimi mühüm tarixi hadisəni yayımlayacağı üçün çox məmnundur. Belə mötəbər idman hadisəsinin yüksək səviyyədə yayımlanması üçün AzTV bütün resurslarından istifadə edəcək.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video