Alternative content

17:55 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbinin tələbələri “Star” və “Petkim”də işləyəcək
Bakı Ali Neft Məktəbinin tələbələri “Star” və “Petkim”də işləyəcək
ANA SƏHİFƏ / Təhsil
15:11 14.05.2019

Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi SOCAR-Türkiyədə işləyəcək. BANM-in rektoru Elmar Qasımov bildirib ki, "Star” və "Petkim”də hələlik 6 yer nəzərdə tutulub.

BANM-dən  bildirilib ki, SOCAR-Türkiyənin apardığı seçim prosesi nəticəsində ali məktəbin kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan altı tələbə seçilib, onlar "Star” neft emalı zavodunda və "Petkim” neft-kimya kompleksində işləyəcəklər.

Rektor bildirib ki, ali məktəbin əsas strategiyası şirkətlərə istehsalat təcrübəsi, praktik vərdişləri olan kadrlar yetişdirməkdir. Tələbələrin məzun olmamış iş təklifi alması ali məktəbin "Biz iş axtarmırıq, iş bizi axtarır” şüarını təsdiqləyir. İndiyə kimi BANM-in 30-a yaxın məzunu "Star” və "Petkim” zavodlarında çalışır.

"Star” və "Petkim” SOCAR-ın Türkiyədə fəaliyyət göstərən və böyük investisiya edilmiş neft-kimya zavodlarıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM