Alternative content

04:05 24 May 2019
ONLINE XƏBƏR LENTİ
02:34 24.05.2019 İlk dəfə
02:24 24.05.2019 Sabahın qurucuları
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-da səsdən sürətli sərnişin təyyarəsinin hazırlanması layihəsinə start verilib
ABŞ-da səsdən sürətli sərnişin təyyarəsinin hazırlanması layihəsinə start verilib
ANA SƏHİFƏ / DÜNYA
15:01 14.05.2019

ABŞ-ın "Hermeus” kompaniyası səsdən sürətli sərnişin təyyarəsinin hazırlanması layihəsinə ilkin kapitalın cəlb olunduğunu elan edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, kompaniyanın ilk maliyyə tərəfdaşı Kaliforniya ştatında yerləşən "Khosla Ventures” vençur fondu olub. Cəlb edilən ümumi məbləğ və tərəfdaşların sayı barədə məlumat verməyən "Hermeus” yığılan vəsaitin layihələşdirilən təyyarənin güc qurğusunun hazırlanmasına və sınağına yönəldiləcəyini bildirib.

Kompaniyanın məlumatına əsasən, söhbət saatda 6,2 min kilometr sürətlə uça biləcək avialaynerin hazırlanmasından gedir. Bu, məsələn, Nyu-York şəhərindən Londona transatlantik uçuşun müddətini 7 saatdan 1,5 saata qədər azaltmağa imkan verəcək.

"Hermeus” səsdən sürətli ilk təyyarəsinin prototipini təxminən 5 ildən sonra hazırlamağı planlaşdırır. Belə laynerin seriyalı istehsalı isə 8-10 il ərzində baş tuta bilər.

2016-cı ildə ABŞ-ın "Virgin Galactic” və "Boom Technology”, 2018-ci ildə isə "Boeing” korporasiyaları səsdən sürətli sərnişin təyyarəsi hazırlamaq barədə niyyətlərini bildirmişdilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM