14 May 2019 14:56
577
CƏMİYYƏT
A- A+

Qazaxda tütünçülüyə və baramaçılığa maraq artıb


Son illər həyata keçirilən islahatlar nəticəsində aqrar sektorun inkişaf etdirilməsi yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu sahədə uğur qazanan rayonlardan biri Qazaxdır. Taxılçılıqda, kartofçuluqda, tütünçülükdə, baramaçılıqda əldə olunan göstəricilər bunu deməyə əsas verir.
Hazırda rayonda da yaz-tarla işlərinin qızğın çağıdır. Belə bir dövrdə tütünçülərin və baramaçıların da işi çox olur.
Bu günlərdə rayon icra hakimiyyətində cari ildə tütünçülüyün və baramaçılığın mövcud vəziyyəti ilə bağlı keçirilən toplantıda da bu barədə ətraflı söhbət getmiş, tütün əkini və ipəkqurdu bəslənməsi üçün yaradılan şərait, görülən hazırlıq işləri ətraflı müzakirə edilmişdir. Rayon icra hakimiyyətinn başçısı Rəcəb Babaşov son illər ölkə rəhbərinin diqqət və qayğısı sayəsində qazanılan nailiyyətlərdən danışmış, qazaxlıların ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfələri diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, görülən məqsədyönlü işlərin nəticəsidir ki, Qazaxda barama istehsalı ildən-ilə artır. 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram barama istehsal edən gümçülər keçən il bu rəqəmi 6260 kiloqrama çatdırmışlar. İstehsal olunan məhsul yüksək keyfiyyətlə Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Rayon baramaçıları bu il məhsuldarlığı daha da artırmağı qarşılarına məqsəd qoymuşlar. Onlar qərara almışlar ki, cari ildə 10 ton 500 kiloqram yaş barama təhvi versinlər.
Toplantıda tütünçülüyün inkişafına göstərilən diqqət və qayğıdan da söhbət açılmışdır. Qeyd edilmişdir ki, kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən biri tütünçülükdür. 2016-cı ildə rayonda cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara, keçən il 60 hektara çatdırılmışdır. Builki mövsümdə 65 hektar sahədə tütün əkmək nəzərdə tutulmuşdur.
Toplantıda tütünçülük və baramaçılıqla bağlı rayonda qərargah yaradılmış, aidiyyati mütəxəssislərə tapşırıqlar verilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video