14 May 2019 13:09
750
CƏMİYYƏT
A- A+

Şiddətli dolu Xaçmaz rayonunda bir sıra fəsadlar törədib


Mayın 13-ü günorta saatlarında yağan şiddətli dolu Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dolu rayonun 90-a yaxın yaşayış məntəqəsinə düşüb. Günorta saatlarında 5 dəqiqə ərzində yağan dolunun ölçüsü 5 millimetrdən 20 millimetrə qədər olub.
İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdən bildirilib ki, dolu gilas bağlarına, taxıl sahələrinə, çiyələk, kartof, lobya və pomidor təsərrüfatlarına daha çox ziyan vurub.
Xaspoladoba və Qalağan kəndlərində 20 hektara yaxın əkin sahəsi dolunun təsirindən yerə yatıb.
Bununla yanaşı, sakinlər tərəfindən evlərin dam örtüklərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var.
Xaçmaz Rayon İcra Hakimiyyətində dolunun fəsadları ilə bağlı müraciətlər araşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video