14 May 2019 13:08
534
CƏMİYYƏT
A- A+

Naxçıvandakı hərbi hissələrdə andiçmə mərasimləri olub


Naxçıvandakı hərbi hissələrdə aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən hərbi andiçmə mərasiminə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər. Briqada komandiri, polkovnik Səlim Niftalıyev çıxış edərək bildirib ki, muxtar respublikada bütün hərbi hissələr müasir texnikalar və avadanlıqlarla təchiz edilib, maddi-texniki baza təkmilləşdirilib. Gənc əsgərlər keçilən dərslərdə bu texnikalardan düzgün istifadəni dərindən öyrənməli, hərbi anda sadiq qalmaq hər bir əsgərin müqəddəs borcu olmalıdır.

Tədbirdə "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının zabiti, kapitan Orxan Seyidov Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun təbrikini şəxsi heyətə çatdırıb.

Andiçmə mərasimində Naxçıvan Dövlət Universitetinin müəllimi Xəzər Hüseynov, valideynlər adından isə İlqar Sabirli çıxış edərək hərbi xidmətin Vətən qarşısında müqəddəs borc olduğunu qeyd edib və əsgərlərə nümunəvi xidmət arzulayıblar.

Əsgərlər adından çıxış edən Elxan Zeynalov onların qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə, Vətənimizə şərəflə xidmət edəcəklərinə söz verib.

X X X

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında keçirilən andiçmə mərasimində isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsindən, sərhəd zastavalarının müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunmasından, yeni sərhəd infrastrukturunun yaradılmasından danışıb, hərbi andı qəbul edən gənc əsgərləri təbrik edib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətəni ləyaqətlə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.

Andiçmə mərasimləri şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video