Alternative content

21:58 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesində təmsil olunur
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesində təmsil olunur
ANA SƏHİFƏ / Mədəniyyət
12:18 14.05.2019

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur.

Fonddan AZƏRTAC-a bildirilib ki, Biennalidə ölkəmiz "Virtual reallıq” ("Virtual Reality”) mövzusundakı milli pavilyonla iştirak edir.

Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında açılan ekspozisiyada rəssam və heykəltəraşlar Zeyqəm Əzizov, Orxan Məmmədov, Zərnişan Yusif, Kənan Əliyev və Ülviyyə Əliyevanın əsərləri təqdim olunur.

Pavilyondakı multimedia əsərləri, instalyasiya və heykəllərin mövzusu bunları əhatə edir: insanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər bir insan gün ərzində təxminən 150 dəfə telefonunu yoxlayır, 2 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr vasitəsilə daha çox paylaşılır, aparılan müzakirələrin əksər hissəsi isə onların doğru olub-olmadığı ilə bağlı deyil.

58-ci Venesiya Biennalesi noyabrın 24-dək davam edəcək.

Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir. Azərbaycan bu beynəlxalq layihədə 2007-ci ildən iştirak edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM