Alternative content

14:20 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Göz nurunu itirənlərin ziya ocağı
Göz nurunu itirənlərin ziya ocağı
ANA SƏHİFƏ / SİYASƏT
02:36 14.05.2019


Mehriban Əliyevanın şəfqəti yüzlərlə uşağın dünyasını işıqlandırır


...Binanı üzük qaşı kimi dövrəyə alan hasarın kiçik darvazasına yaxınlaşıb, dəmir barmaqlıqlarla bəzədilmiş qapını açıb, yaşıllıqla əhatə olunmuş həyətə daxil oluruq. Mərmər pillələri qalxıb, binanın iri taxta qapısını yavaşca aralayaraq kandarından içəri giririk.

Qapıdakı mühafizəçidən başqa heç kim gözə dəymir. Bizi ilk olaraq insana hüzur verən xoş bir sükut qarşılayır. Heç elə bil yüzlərlə uşağın qaynayıb-qarışdığı məkan deyil. Amma bu sakitlik müvəqqətidir. Bir neçə dəqiqə sonra zəng vurulacaq və uşaqların səs-küyü, danışıqları, gülüşləri dəhliz boyu yayılaraq sükutu pozacaq...

Bura məktəbdir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün... Görmə qabiliyyəti zəif olan uşaqlar üçün... Bu dünyanın rənglərini, öz simalarını, valideynlərini, yoldaşlarını... - heç nəyi görməyən, yalnız xəyallarında təsəvvür edən uşaqlar üçün... Amma yalnız məktəb deyil... Bəziləri üçün ora həm də evdir... Həsrətində olduqları yuvadır... Arzuladıqları isti qucaqdır...


Məktəbin çempionları


Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbindəyik. 1936-cı ildən fəaliyyət göstərən məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub. 2006-cı ildə isə "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib. Üçmərtəbəli binada uşaqlar üçün lazım olan bütün şərait yüksək səviyyədə və müasir standartlara uyğun yaradılıb.

İlk olaraq məktəbin direktoru İradə Vəzirovanın otağına gedirik. Otaq məktəb şagirdlərinin müxtəlif yarış və müsabiqələrdə qazandıqları fəxri fərmanlar, diplomlar, kuboklar və medallarla bəzədilib. İradə xanım şagirdlərinin qazandıqları nailiyyətlər barədə fəxarətlə danışır. Deyir, bacardığımız qədər çalışırıq ki, uşaqlar müxtəlif yarışlarda, müsabiqələrdə iştirak etsinlər. Məsələn, Fövqəladə Hallar Nazirliyinin keçirdiyi "Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinə hər il qatılırlar və yüksək nəticələr əldə edirlər.

Qolbol üzrə Azərbaycan milli komandasının 7 üzvü bu internat məktəbinin şagirdləridir. Milli komanda 2 dəfə Avropa çempionatında, 3 dəfə beynəlxalq yarış və turnirlərdə iştirak edib. Bir müddət öncə məktəbin şagirdi Gülnar Rəhimova İranda xizəksürmə üzrə paralimpiya oyunlarında 2 qızıl medala layiq görülüb. Məktəbin cüdo komandası da müxtəlif kuboklar qazanıb. 16 yaşlı cüdoçu Həcər Mirzəyeva isə paralimpiya oyunlarından 6 il ərzində 72 medal alıb. Bütün bu mükafatlar direktorun otağının ən qiymətli dekorları, bəzəkləridir.


Bəzi valideynlər aylarla uşaqlarına baş çəkmir


İradə Vəzirova bizi məktəblə tanış edərək, sinif otaqlarını bir-bir gəzdirir, şagirdlər, müəllimlər haqqında məlumat verir. Hazırda məktəbdə 299 şagird təhsil alır. Onlardan 135-i məktəbdə daimi qalır. Məktəbə gələ bilməyən bir neçə şagirdə isə evində dərs keçilir. Birinci mərtəbədə ibtidai sinif şagirdlərinin otaqları, xüsusi istirahət kabineti və yeməkxana var.

Məktəbdə yaşayan uşaqların günü səhər saat 7-də başlayır. Yataq otaqları üçüncü mərtəbədə yerləşir. Tərbiyəçilər azyaşlı uşaqları yuyundurur, geyindirir, qızların saçlarını darayıb, yığıb düşürdürlər birinci mərtəbədəki yeməkxanaya. Hava yaxşı olanda yeməkdən öncə həyətdə idmanla da məşğul olurlar. Məktəbdə şagirdlərə 4 dəfə yemək verilir.

İ.Vəzirova menyunun zəngin olduğunu deyir: "Uşaqların sağlamlığı üçün bütün faydalı yeməklər menyuya daxildir. Səhər yeməyi saat 8-ə qalmış bitir. Saat 8-də isə dərs başlayır. Burada təhsil alan şagirdlərin əksəriyyətinin görmə qabiliyyəti ya olduqca zəifdir, ya da tamamilə yoxdur. Hətta müəllimlər arasında da bir neçə gözdən əlil var. Bəzi uşaqları həftəsonu valideynləri gəlib evə aparır. Elələri də var ki, aylarla uşaqlarına baş çəkmirlər təəssüf ki... Biz uşaqlara sevgi, qayğı, diqqətlə yanaşırıq. Hər birinin məktəb, idman formaları, gecə köynəkləri, dərslikləri dövlət tərəfindən pulsuz verilir. Hər axşam yatağa girməzdən öncə uşaqların ayaqları yuyulur. Hər gün corabları, 10 gündən bir yataq dəstləri dəyişdiriliir. Onlara öz balalarımız kimi sevgiylə qulluq edirik”.


Məktəbin "parnik”i, yetişmiş çiyələklər, inkubator cücələri...


İradə Vəzirovanın məktəbin bütün şagirdlərinin ad və soyadını əzbərdən bilməsi diqqətimizi çəkir. Bu hələ harasıdır?! Nəinki şagirdləri, hətta onların valideynlərini də tanıyır, üstəlik, ailələrindəki problemlərdən də halidir. Təəssüf ki, buradakı şagirdlərin çoxu sağlamlıqları ilə yanaşı, sakit ailə ortamından, isti ata-ana qucağından da məhrumdur.

- Məktəbdə boşanmış, problemli ailələrin uşaqları həddən çoxdur. Ailədəki durum da uşağın psixologiyasına pis təsir edir. Bəlkə aşağı siniflərdə şagirdlər o qədər də bunun fərqində olmurlar. Amma 5-ci sinifdən sonra görürsən uşaq dəyişib, əvvəlki kimi deyil, özünü başqa cür aparır. Onlara daha diqqətlə yanaşırıq. Görəndə hansısa uşaq sinif yoldaşları ilə qaynayıb-qarışmır, kənara çəkilir, psixoloqumuz Hüsniyyə Hüseynova onunla danışır, terapiya kursu keçir. Ümumiyyətlə, məktəbdə davranış pozuntusu olan, problemli uşaqlar az deyil. Keçən il bir şagird heç cür dərsdə oturmurdu. Bir uşağımız düz 1 il boyunca məktəbə gələndə ağladı. Psixoloqumuz hər gün belə uşaqlarla danışır, onları gəzdirir, sakitləşdirirdi. Amma bu il 1-ci sinfə gələn şagirdlərin biri də ağlamadı. Özü də öyrənməyə həvəsli, aktiv uşaqlardır. Psixoloji problemi olan uşaqlarla məşğələ istirahət otağında aparılır. Otağın bir küncündə divan qoyulub. Ehtiyac olduqda uşaqları orada uzandırıb sakitləşdirirlər. Bu otaq, adından da göründüyü kimi, uşaqların istirahət otağıdır. Orada müxtəlif stolüstü oyunlar təşkil edilir, pazllar yığırlar. Görməyən uşaqlar üçün xüsusi pazllar var, onu elə dəqiqliklə yığırlar ki, məəttəl qalırsan. Uşaqların zehinlərini və əl duyğularını inkişaf etdirmək üçün bu oyunların faydası var. Çalışırıq uşaqlar maraqlı işlərlə məşğul olsunlar. Həyətyanı sahəmiz var. Bir müddət öncə uşaqlar orada zanbaqlar əkdilər. Kiçik sahədə "parnik” düzəltmişik. Ora pomidor, xiyar şitilləri əkirlər. Yetişəndə dərib, yuyub yeyirlər. Əkdikləri çiyələklər yetişib artıq. Hətta keçən il inkubatorda cücə çıxardılar və bir müddət saxladılar. Uşaqlar belə işlərdən böyük zövq alırlar.

Direktor qeyd etdi ki, internat məktəbində təhsil ümumtəhsil proqramına əsasən keçilir. Yəni buradakı təhsil sistemi digər orta məktəblərdəki ilə eynidir. Hətta görmə qabiliyyəti olmayan uşaqlar da eyni dərslikdə eyni tapşırıqları öyrənir. Sadəcə əlifba fərqlidir. İnternat məktəbinin digər orta məktəblərdən fərqi odur ki, burada təhsil 12 illikdir.


Heydər Əliyev Fondunun xüsusi hədiyyəsi


Məktəbin ikinci mərtəbəsində sinif otaqları ilə yanaşı, idman zalı və xüsusi sinif var. Xüsusi sinif Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində yaradılıb. 2007-ci ildə açılışı olan sinfə fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün Almaniyadan gətirilmiş xüsusi kompüter dəsti hədiyyə edilib. Burada həmçinin audiostudiya və kitabxana var. Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür. Fondun təşəbbüsü ilə məktəbin nəzdində mətbəə də yaradılıb. Burada Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir.

İradə Vəzirova deyir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq bu məktəbə gəlir, şagirdlərlə görüşür, onların təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır, əl işləri ilə tanış olur: "Hətta son səfəri zamanı uşaqların öz əlləri ilə düzəltdikləri gəlin kuklası Leyla xanımın çox xoşuna gəldi. Uşaqlar həmin kuklanı sevinə-sevinə ona hədiyyə etdilər. Çox məmnun qaldı. Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində "Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edir. Bizim məktəb də o bayramda iştirak edir. Mehriban xanım orada uşaqlarla görüşür, onları təbrik edir, sevinc bəxş edir. Sağ olsun Mehriban xanım və Leyla xanım, daim bizi diqqətlərində saxlayırlar, uşaqlara qayğı, nəvaziş göstərirlər”.


Gələcəyin heykəltəraşları


Yeri gəlmişkən qeyd edək ki, internat məktəbində kukla düzəltmək şagirdlərin sevimli məşğuliyyətinə çevrilib. Daha çox da qızların. Oğlanlar isə heykəltəraşlıqla məşğul olurlar. Bunun üçün məktəbdə xüsusi emalatxana fəaliyyət göstərir. Direktor vurğulayıb ki, həmin emalatxanada Qala qoruğunda işləyən heykəltəraş-rəssam Tamerlan Mirzəliyev və kukla ustası Fərəh Əliyeva uşaqlara dərs keçir: "Uşaqlar bu dərsləri o qədər sevirlər ki... Əvvəl gildən adi qab düzəldirdilər. Bu xüsusi gili müəllim özü alıb gətirir. Gili sobada bişirirlər və hazırlayırlar. İndi heykəltəraşlığa keçiblər. Plastilindən heykəllər, taxtadan oyma düzəldirlər. Bunları çox böyük həvəslə, maraqla edirlər. Fərəh Əliyeva uşaqlara kukla sənətinin sirlərini öyrədir. Lazım olan bütün materialları - parçalar, muncuqlar, əşyalar, şinyonlar alırıq. Qızlar kuklanı sıfırdan özləri düzəldir, paltarını tikir, şinyonla saç qoyur, üzünü çəkirlər. Bu, onlar üçün bir sənətdir. Şagirdlərin zövqlə düzəltdikləri bütün kuklaları, heykəlləri, qabları, əl işlərini, hətta çəkdikləri rəsmləri də saxlayırıq. Bacarıqlı, istedadlı uşaqlarımız çoxdur. Bəlkə də gələcəkdə hansısa bu sənətlərdən birini daha da inkişaf etdirəcək. Bəlkə də gələcəkdə hansısa biri rəssam, yaxud kukla ustası olacaq. Ola bilər ki, biz gələcəyin görkəmli bir heykəltəraşını yetişdiririk...”

Öyrəndiklərini, bacarıqlarını nümayiş etdirməyə həvəsli, çöhrələrindən təbəssüm əskilməyən uşaqlarla sağollaşıb, məktəbi xoş təəssüratla tərk edirik. Bəli, bu uşaqların gözlərinin işığı zəifdir, bəzilərində isə heç yoxdur. Amma biz o gözlərdə başqa işıq, parıltı gördük - ümid işartısı, həyat qığılcımı... Məhdudiyyətlərə rəğmən, öyrənmək, inkişaf etmək, irəli getmək əzmi... Sönməz həyat eşqi... Bu da onu deməyə əsas verir ki, bu təhsil ocağı gözünün nuru zəif olan uşaqlara dünyanı, həyatı daha rəngli, daha gerçək görməyə kömək edəcək. Onları cəmiyyətimizə, vətənimizə əsl ZİYALI kimi yetişdirəcəklər.

Xəyalə MURADLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM