Alternative content

23:44 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İdmanı bir daha siyasi alətə çevirmək cəhdi
İdmanı bir daha siyasi alətə çevirmək cəhdi
ANA SƏHİFƏ / SİYASƏT
02:36 14.05.2019


UEFA Avropa Liqasının finalı ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyası uğursuzluğa məhkumdur


Futbolsevərlər cari ayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final matçını səbirsizliklə gözləyirlər. İngiltərənin iki klubunun - "Arsenal” və "Çelsi”nin qarşılaşacağı oyunu izləmək üçün yerli azarkeşlər və iştirakçı komandaların fanatları indidən hazırlaşır, üstəlik, qonaqlar təyyarə bileti alır, mehmanxana sifariş edirlər. Öz növbəsində finalçı futbolçular hazırlıq işlərini görür, həlledici oyundan qabaq məşqlərini davam etdirirlər.

Təəssüf ki, final ərəfəsində həyəcanlananlar təkcə futbolçular və idmansevərlər deyillər. Avropada ənənəvi antiazərbaycançı dairələr növbəti dəfə ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasına start vermişdir. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürərək beynəlxalq ictimaiyyətdə mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmaması barədə rəy formalaşdırmağa çalışır.

Siyasətin idmana qarışması faktı yeni deyil. Mötəbər beynəlxalq forumlar, eləcə də mühüm idman tədbirləri ərəfəsində xarici siyasi dairələr müxtəlif bəhanələr gətirərək bəyənmədiyi ayrı-ayrı təşkilatçı ölkələrə təzyiq göstərməyə cəhd edirlər. Bu, Azərbaycan üçün də keçərlidir.

Xatırlatmaq yerinə düşər ki, mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, o cümlədən 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə IV İslam Həmrəyliyi Oyunları, illik əsasda təşkil olunan "Formula-1” Azərbaycan Qran -prisi və digər mötəbər tədbirlər ərəfəsində ölkəmiz qarayaxma kampaniyasının hədəfinə çevrilmişdir. Həmişə də idmanla yaxından-uzaqdan əlaqəsi olmayan qondarma məsələlər ortaya atılmış, Azərbaycanı hər vəchlə qara rəngdə göstərmək cəhdi göstərilmişdir. Buna baxmayaraq, sözügedən idman turnirlərini izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbilər ölkəmizdə ictimai asayişin təmin olunmasından, sabitlik və təhlükəsizlik mühitindən məmnun qalmışlar.

Bu dəfə də belədir. Ölkəmizi istəməyən dairələr insan hüquqları və qanunun aliliyi məsələsini qabardır. Lakin Azərbaycan dəfələrlə sübut etmişdir ki, bu iddiaların heç bir əsası yoxdur, elə Qərb ölkələrinin özündə də belə hallar kifayət qədərdir. Başqa bir iddiaya görə, guya ingilis azarkeşlərinin Bakıya rahat gəlməsi üçün viza rejimi problem yaradır. Lakin bu iddianın əksinə olaraq sadələşdirilmiş viza rejimi hər bir xarici vətəndaşın asanlıqla viza almasına şərait yaradır.

Başqa bir iddia "Arsenal”ın erməni əsilli oyunçusu Henrix Mxitaryanın Azərbaycana gəlməsi ilə bağlıdır: guya bu futbolçu Bakıda olarkən onun təhlükəsizliyinə hansısa təhdid var. Tamamilə yalandır. Azərbaycan tərəfi Avroliqanın finalını təşkli etmək üçün ərizə verərkən istisnasız olaraq bütün futbolçuların təhlükəsizliyinə yüksək səviyyədə zəmanət vermişdir. Bu yaxınlarda rəsmi Bakı həmin zəmanəti təkrar-təkrar təzələmişdir. Axı nə qədər zəmanət vermək olar ki, böhtançılar əsassız iddialarını geri götürsünlər?

Digər tərəfdən, erməni idmançısı ilk dəfə deyil ki, Azərbaycana gəlir. Əvvəllər də erməni əsilli atletlər müxtəlif beynəlxalq turnirlər zamanı ölkəmizdə olmuş, hətta dövlət başçısı onlara şəxsən mükafat təqdim etmiş və heç bir xoşagəlməz hadisə baş verməmişdir. "Arsenal”lı futbolçu təhlükəsizliyi bəhanə gətirib Bakıya gəlmək istəmirsə, bu onun və təmsil etdiyi komandanın şəxsi problemidir.

Bu baxımdan UEFA Avropa Liqasının finalı ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri ən azı təəccüb doğurur. Birləşmiş Krallıqla Azərbaycan arasında qarşılıqlı əlaqələrin miqyası hamıya məlumdur. Britaniyalılar ölkəmizdə yeni deyillər. Onlar uzun illərdir Azərbycan neft sənayesinin inkişafına töhfə verirlər. İndiyədək hansısa britaniyalının ölkəmizdə özünü təhlükəsizlik baxımından narahat hiss etməsi faktı qeydə alınmamışdır. Amma nə qədər qəribə görünsə də, britaniyalı Azərbaycana neft-qaz dalınca gələndə təhlükəsizliklə əlaqədar hansısa tövsiyə yada düşmür, futbol matçını izləməyə gələndə isə diplomatiya idarəsi əl-ayağa düşür.

Digər tərəfdən, Böyük Britaniyanın xarici siyasət idarəsi bilməmiş deyil ki, Azərbaycan sabitlik və cinayətkarlığın səviyyəsinə görə dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur. Hazırda paytaxtımız planetin ən təhlükəsiz şəhərlərindən biridir.

Belə bir məqamı da qeyd etmək lazımdır ki, UEFA Avropa Liqasının final matçının vaxtı və yeri təyin olunanda heç kim bu iki komandanın İngiltərəyə məxsus olacağını ehtimal edə bilməzdi. Digər tərəfdən, təcrübə göstərir ki, bir çox hallarda finala çıxan komandalar oyunlarını öz vətənlərindən min kilometrlərlə uzaqda keçirmiş və heç vaxt belə əsassız iddialar irəli sürülməmişdi.

Beləliklə, Avropanın antiazərbaycançı dairələrinin idmanı növbəti dəfə siyasi alətə çevirmək cəhdi göz qabağındadır. Amma əbəs yerə. Cürbəcür əsassız iddialar irəli sürərək ölkəmizin beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdənlər yanılırlar. Azərbaycan tərəfi qarşıdan gələn idman tədbirini tələb olunan səviyyədə təşkil edərək bir daha beynəlxalq idman ictimaiyyətinin rəğbətini qazanacaq, bədxahları isə məyus edəcək.


Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM