14 May 2019 02:32
1049
Təhsil
A- A+

Yeni məktəb binası şagirdlərin ixtiyarına verildi


Gəncədə ümumtəhsil məktəblərinin yenidən qurulması davam edir. Təhsil müəssisələrinin bir qismi yenidən tikilməklə yanaşı, bəziləri də əsaslı şəkildə təmir edilmişdir. Onların bir qismi dövlət vəsaiti hesabına, bəziləri isə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə müasirləşdirilmişdir.

Bu günlərdə yenidən qurulan məktəblərin siyahısına 7 nömrəli orta məktəb də əlavə edilmişdir. Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü gününə təsadüf edən məktəbin açılışında böyük sevinc yaşanmışdır.

Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib ki, ulu öndərin ad günü ərəfəsində istifadəyə verilən bu məktəb Gəncənin təhsil sistemində aparılan yenidənqurma işlərinin davamıdır.

Mərasimdə o da vurğulanmışdır ki, Gəncə təhsil sisteminin yenilənməsini daim diqqət mərkəzində saxlayan və onun inkişafına dəstək olan birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son illər qədim Nizami yurdunun məktəblilərinə böyük qayğı göstərərək, bu sahədə bir çox layihələrin icrasını reallaşdırmışdır. Onun göstərdiyi qayğı nəticəsində bir neçə məktəb tikilmiş, onlarca məktəb əsaslı şəkildə təmir edilmişdir.

Məktəbin direktoru Sevda Sadıqova demişdir ki, məktəbdə 975 şagird təhsil alır və burada Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Təhsil ocağında təlim-tərbiyənin yüksək səviyyədə qurulmasının nəticəsidir ki, ali məktəblərə qəbul olunan məzunların sayı ildən-ilə artır. Təkcə keçən il məktəb məzunlarından 3 nəfəri 600-dən yuxarı, 5 nəfəri 500-dən çox bal toplayaraq müxtəlif universitetlərə daxil olmuşdur.

İştirakçılar məktəbdə yaradılan şəraitlə tanış olmuşlar. Əsaslı təmirdən sonra məktəbdə 50 sinif otağı, kitabxana, tibb ocağı, idman zalı, laboratoriyalar, kompüter otağı və sair yaradılmışdır ki, bu da tədrisin yüksək səviyyədə aparılmasına imkan verəcəkdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video