14 May 2019 02:15
800
İDMAN
A- A+

Bakıda paracüdo üzrə beynəlxalq Qran-pri yarışlarına start verilib


İlk gün: 3 qızıl, 3 gümüş, 3 bürünc


Dünən Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-pri yarışlarına start verilib.

Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır.

Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatamiyə çıxacaq.

Yarışın birinci günündə kişilər 60, 66, 73, 81, qadınlar isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.

Qran-prinin birinci günündə 12 paralimpiyaçımız tatami üzərinə çıxıb.

Kişilərin yarışında (60 kq) çəki dərəcəsində Vüqar Şirinli bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Bayram Mustafayev (66 kq) və Hüseyn Rəhimli (81 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) bürünc medal qazanıblar. Qadınların yarışında Şahanə Hacıyeva (48 kq) və Sevda Vəliyeva (57 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq Qran-prinin qalibi olublar. Afaq Sultanova (57 kq) gümüş və Bəsti Səfərova (52 kq) bürünc medal qazanıb. Yarışa mayın 14-də yekun vurulacaq.

Qeyd edək ki, Qran-pri "Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video