13 May 2019 23:08
470
SİYASƏT
A- A+

BMT-nin Baş katibinə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müraciət ünvanlanıb


Ermənistanla Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasının 25 illiyi ilə əlaqədar BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlanıb.

AZƏRTAC xəbər verir ki, "Ümumqafqaz Evi” qeyri-hökumət beynəlxalq sülhməramlı təşkilatının təşəbbüsü ilə hazırlanan müraciəti Azərbaycanın tanınmış siyasət, incəsənət, mədəniyyət və vətəndaş cəmiyyəti nümayəndələri imzalayıblar.

Sənəd BMT-nin Bakıdakı nümayəndəliyinə təqdim edilib.

"Ümumqafqaz Evi”nin sədri Rizvan Hüseynov bildirib ki, bu günlərdə atəşkəsin əldə edilməsinin 25 illiyi tamam olur. Bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, əfsuslar olsun ki, heç bir irəliləyiş yoxdur. Bizim ünvanladığımız müraciətin əsas məqsədi odur ki, əgər sülh danışıqları heç bir kömək etmirsə, bu münaqişənin həllində bundan sonra baş verəcək hadisələrə görə, həmçinin beynəlxalq ictimaiyyət və qurumlar cavabdeh olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video