Alternative content

21:55 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dişləri möhkəmlədən 7 ərzaq
Dişləri möhkəmlədən 7 ərzaq
ANA SƏHİFƏ / Səhiyyə
21:04 13.05.2019

Dişlərin kalsium və fosfor kimi elementlərə ehtiyacı var. Qida rasionuna tərkibində bu elementlərin zəngin olduğu ərzaqların əlavə edilməsi dişlərin korlanmasının qarşısını alır. Minerallar diş minası ilə problemi aradan qaldırır.AZƏRTAC"MedikForum”a istinadla hansı ərzaqların qəbulunun dişlərə faydası barədə məlumat verir.

Dəniz məhsulları.Dəniz balığının tərkibindəki minerallar dişlərin möhkəmlənməsi baxımından çox zəngindir. Bu, həm fosfor, həm kalium, həm ftor, həm də omeqa-3 yağ turşuları deməkdir. Belə ki, fosfor boyun artmasında və beyin hüceyrələrinin formalaşmasında, ftor isə parodontoz və kariyesin müalicəsində əla profilaktikadır.

Süd məhsulları.Əlbəttə ki, tərkibində kalsiumun zənginliyinə görə birinci yeri süd məhsullarına vermək lazımdır. Bu ərzaq diş minasını möhkəmlətməkdən ötrü mühüm komponentdir. Süd məhsulları, həmçinin kariyesin inkişafının və dişəti problemlərinin qarşısını alır.

Meyvə və tərəvəz.Bərk meyvə və tərəvəzlər dişləri yaxşı möhkəmlədir. Alma, kələm, xiyar və bu sıradan olan digər məhsullar diş minasını ərpdən təmizləyir, diş daşının əmələ gəlməsinin qarşısını alır, qan dövranını yaxşılaşdırır və dişləri masaj edir.

Göyərti.Onların tərkibində dişlərin möhkəmlənməsi üçün zəruri olan hər şey var. Məsələn, yaşıl soğan və ispanaq dişəti qanamalarından xilas olmağa kömək edir. Göyərtinin hissəcikləri dişləri təmizləyir, bəziləri hətta onları ağarda da bilir.

Qoz-fındıq və günəbaxan tumları. Belə bir stereotip var ki, günəbaxan tumları və qoz-fındıq dişləri korlayır. Lakin düzgün yanaşmada əksinə, onlar dişi möhkəmləndirə bilir. Bu ərzaqların tərkibində yağ turşuları, kalsium, maqnezium, kalium və fosfor var. Məsələn, küncüt toxumları sayəsində dişin minası təmizlənir.

Bərk pendir.Bu ərzaq kariyesdən müdafiə edir. Pendirin hesabına minada özünəməxsus müdafiə əmələ gəlir ki, bu da zərərli bakteriyalar üçün bir səddir.

Yumurta. Bu ərzaq da kalsiumla zəngindir. Bundan başqa yumurtanın sarısında xeyli miqdarda D vitamini var ki, bu da orqanizmdə fosforun miqdarını tənzimləyir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM