13 May 2019 20:33
869
İDMAN
A- A+

Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının təntənəli açılış mərasimi olub


Mayın 13-də Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinin təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) himni səsləndirilib.

Mərasimdə çıxış edən AMPK-nın prezidenti İlqar Rəhimov turnirin "Ruhun zəfəri” devizi altında təşkil olunduğunu deyib. Bildirib ki, bu deviz təsadüfi seçilməyib. Bu ifadə özündə sevgi, dostluq və bərabərliyi təcəssüm etdirir. Qran-Priyə hazırlıq çərçivəsində əlil insanlar da təşkilati işlərə cəlb olunublar. "Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə dəfələrlə irimiqyaslı idman yarışları yüksək səviyyədə təşkil olunub. Belə ki, 2015-ci ildə ilk Avropa Oyunlarından iki il sonra təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçıların da yarışları keçirilib. Bu, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda Paralimpiya hərəkatının inkişafına göstərdiyi diqqətin nümunəsidir”, - deyə AMPK-nın prezidenti əlavə edib.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və cüdoçularımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. Turnirin əhəmiyyətini yüksək qiymətləndirən M.Vizer paracüdoçulara uğurlar arzulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanın çox zəngin cüdo tarixinin olduğunu vurğulayıb. Nazir deyib ki, idmanın bu növü üzrə bir çox qəhrəmanımız var. Eyni sözləri paracüdoya da şamil etmək olar. Bu yarışda onların uğuru əhəmiyyətlidir. İdmançılarımızı "Tokio 2020” Olimpiya və Paralimpiya oyunlarında görmək istəyirik.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cüdo üzrə beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti M.Vizerə təşəkkür edib. Nazir müavini ölkəmizdə idmanın inkişafı üçün dövlət tərəfindən mühüm addımların atıldığını diqqətə çatdırıb və paralimpiyaçılarımızın əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirib.

Cüdonun inkişafına göstərdiyi xidmətlərə görə, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vider Paralimpiya Ordeni ilə təltif olunub. Mükafatı AMPK-nın prezidenti İ.Rəhimov təqdim edib.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti də AMPK-nın rəsmisini xüsusi plaketlə mükafatlandırıb.

Rəsmi hissəyə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə yekun vurulub.

Azərbaycan paralimpiyaçılarından bəhs edən videoçarxın nümayişindən sonra mərasim xüsusi şou ilə davam edib.

Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Yarışa mayın 14-də yekun vurulacaq. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video