Alternative content

04:03 24 May 2019
ONLINE XƏBƏR LENTİ
02:34 24.05.2019 İlk dəfə
02:24 24.05.2019 Sabahın qurucuları
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BP-də 2524 azərbaycanlı işləyir
BP-də 2524 azərbaycanlı işləyir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
20:30 13.05.2019

Birinci rübün sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2 min 524 nəfər təşkil edib.

"BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

"2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. Birinci rüb ərzində BP Azərbaycan şirkətinin 3 yerli işçisi BP-nin Böyük Britaniya, İraq və Rusiya ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM