Alternative content

23:43 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziyada səslərin sayılması zamanı 500-ə yaxın adam həlak olub
İndoneziyada səslərin sayılması zamanı 500-ə yaxın adam həlak olub
ANA SƏHİFƏ / DÜNYA
17:28 13.05.2019


İndoneziya tarixində ən irimiqyaslı seçkilər Mərkəzi Seçki Komissiyasının (MSK) 496 əməkdaşı üçün ölümcül olmuşdur. Onlar yorğunluqdan dünyasını dəyişmişlər. MSK rəhbərliyinin dediyinə görə, əməkdaşların əksəriyyətinin ölüm səbəbləri "təbii” olmuşdur. Bu isə insult və infarkt deməkdir.

"Strait Times” qəzetinin xəbərinə görə, bir neçə gün ərzində fasiləsiz işləməyə məcbur edilmiş əməkdaşların 2500-dən çoxu xəstəxanalara yerləşdirilmişdir.

Ən çox ölüm hadisəsi – 131 nəfərin vəfat etməsi Qərbi Cava əyalətində qeydə alınmışdır. Özü də söhbət 50-70 yaşllı adamlardan gedir.

Səhiyyə Nazirliyinin baş katibi Oskar Primadi bu rəqəmin gözlənilməz olduğunu bildirmişdir. O qeyd etmişdir ki, belə işlə məşğul olanlardan "əla səhhət” tələb olunur.

Bundan əvvəl xəbər verilmişdi ki, seçki komissiyalarının üzvləri 193 milyondan çox səsi saymaq üçün fasiləsiz və yuxusuz işləməli olmuşlar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM