Alternative content

23:44 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pompeo Moskvaya səfərini ləğv etdi
Pompeo Moskvaya səfərini ləğv etdi
ANA SƏHİFƏ / DÜNYA
17:28 13.05.2019


ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiya səfərinin Moskva mərhələsini ləğv etmişdir. Bu barədə Dövlət Departamentindəki mənbəyə istinadən "Frans Press” agentliyi xəbər verir.

Buna baxmayaraq, mayın 14-də Dövlət Departamentinin başçısı Soçidə Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır.

Pompeonun Moskvaya səfəri onun Brüsselə gedib Avropa İttifaqının liderləri ilə "təxirəsalınmaz məsələlər”i, ilk növbədə İran problemini müzakirə etmək qərarına görə ləğv olunub.

Qeyd edək ki, Pompeo dünən Rusiya paytaxtında ABŞ səfirliyinin əməkdaşları və amerikalı sahibkarlarla görüşməli idi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM