Alternative content

17:59 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Topaz Premyer Liqasının 2018-2019 mövsümünün rekordları
Topaz Premyer Liqasının 2018-2019 mövsümünün rekordları
ANA SƏHİFƏ / İDMAN
16:33 13.05.2019

Peşəkar Futbol Liqası (PFL) futbol üzrə Azərbaycan çempionatının 2018-2019-cu il mövsümünün sonuncu – 28-ci turunda qeydə alınan bir sıra statistik göstəriciləri açıqlayıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, sonuncu turdakı dörd matçdan yalnız birində meydan sahibləri qələbə qazanıblar. Üç görüşdə isə qonaqlar qalib gəliblər. Bu da mövsümün ümumi statistikasını səfərdə oynayan komandaların lehinə dəyişib. Çempionatın 112 qarşılaşmasında ev sahibləri 43, qonaqlar 44 dəfə qalib gəliblər, 25 matçda heç-heçə qeydə alınıb.

1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində ilk dəfə meydan sahiblərinin məğlubiyyəti qələbəsindən çoxdur. Əvvəlki 26 mövsümün hamısında üstünlük ev komandalarında olub. Əksər hallarda isə bu üstünlük nəzərə çarpacaq dərəcədə böyük olub.

Cari mövsümün nəticələrinə əsasən, "Qarabağ”, "Neftçi”, "Səbail”, "Sabah” və "Keşlə” səfər matçlarında ev oyunlarından çox xal qazanıb. Üç komanda – "Qəbələ”, "Zirə” və "Sumqayıt” isə öz meydanında daha uğurlu çıxış edib. Ümumilikdə isə "Qarabağ” həm ev, həm səfər görüşlərində topladığı xalların saytına görə birinci olub. "Neftçi” komandası isə hər iki göstərici üzrə ikinci yerdədir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM