Alternative content

21:22 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda təhlükəsizliyin qorunması istiqamətində aidiyyəti dövlət və hüquq-mühafizə orqanları çox səmərəli fəaliyyət göstərirlər
Azərbaycanda təhlükəsizliyin qorunması istiqamətində aidiyyəti dövlət və hüquq-mühafizə orqanları çox səmərəli fəaliyyət göstərirlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:06 13.05.2019

Bu gün müstəqil dövlətçiliyimizin qarantı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilən Azərbaycan hərtərəfli dinamik inkişafı ilə seçilir, dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınır.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət, müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının birgə səmərəli fəaliyyəti, eləcə də önəmli ictimai dəstək nəticəsində respublikamızda dönməz sabitlik və təhlükəsizlik mövcuddur. Bu baxımdan, həmçinin Azərbaycanın dünyada nüfuzunun artması və beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində ölkəmizə etibar edilir, böyük investisiya qoyulur, irimiqyaslı layihələr gerçəkləşdirilir.

Azərbaycan yüksək təhlükəsizlik sisteminə malik dövlət kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Bundan əvvəl ölkəmizdə keçirilən bütün irimiqyaslı beynəlxalq tədbirlərdə, o cümlədən nüfuzlu idman yarışlarında çoxsaylı xarici qonaqların iştirak etməsi, Azərbaycana böyük turist axınının olması, onların rahat şəraitdə ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olmaları üçün yaradılan hərtərəfli şərait və ən əsası bir daha ölkəmizə qayıtmaq istəkləri Azərbaycanda mövcud qonaqpərvərliyin və yüksək təhlükəsizliyin təminatının əyani göstəricisidir. Əlbəttə ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi və alternativi olmayan inkişaf və təhlükəsizlik siyasətinin parlaq nümunəsidir.

Azərbaycanda təhlükəsizliyin etibarlı təmin olunması üçün xarici dövlətlərin müvafiq strukturları ilə ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Hətta bu gün güclü təhlükəsizlik sisteminə malik ölkələrin tərəfdaş xüsusi xidmət orqanlarının təmsilçiləri də görüşlərdə etiraf edirlər ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə həsəd aparmaq olar.

Çox qürurvericidir ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın nəinki regionun, ümumilikdə dünyanın təhlükəsizlik sisteminin formalaşmasında da böyük rolu var.

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM