13 May 2019 12:59
996
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbində ikili diplomlu yeni MBA proqramı tədris ediləcək


Azərbaycanda ilk dəfə ikili diplomlu Neft və Qaz Menecmenti üzrə yeni MBA proqramı tədris ediləcək. Tədris proqramı Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə yenicə imzaladığı əməkdaşlıq razılaşmasına əsaslanıb.

Bakı Ali Neft məktəbindən bildirilib ki, yeni MBA Proqramı 2019-cu ilin sentyabrında ilk tələbələrini qəbul edəcək və tədrisin sonunda tələbələr hər iki universitetin diplomlarını alacaqlar.

BANM-in rektoru Elmar Qasımov bildirib ki, yeni MBA proqramı çərçivəsində yeni fənlər tədris olunacaq: "Tələbələr bizim ali məktəbdə dünyanın ən nüfuzlu biznes məktəblərindən biri GBS-in tədris proqramı üzrə ingiliscə təhsil alacaqlar. Burada qazanılan yeni biliklər və ikili diplomla gələcək məzunlara dünyanın nüfuzlu şirkətlərində yaşıl işıq yanacaq”.

GBS-in Kampus rektoru Mark Hatton deyib ki, biznes mühiti nə tələb edirsə, tədris proqramları davamlı olaraq ona uyğun yenilənir və tələbənin əsl biznes sahəsinin meneceri kimi yetişməsi, biznesi daha yaxşı qavraması üçün hər cür dəstək verilir: "Bakalavr pilləsində sadəcə ixtisas fənlərinə önəm veririksə, magistratura pilləsində ixtisasın dərinləşməsi ilə yanaşı, tələbələrə sosial bacarıqlar, liderlik, strateji analiz və qazandıqları bilikləri biznesdə praktik tətbiq etməyi öyrədirik”.

Neft və Qaz Menecmenti üzrə yeni MBA tədris proqramı çərçivəsində tələbələrə neft-qazın treydinqi, rəqəmsal idarəetmə (digital management), blokçeyn menecment və digər müasir fənlər tədris olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video