Alternative content

04:05 24 May 2019
ONLINE XƏBƏR LENTİ
02:34 24.05.2019 İlk dəfə
02:24 24.05.2019 Sabahın qurucuları
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Gender bərabərliyi və media” mövzusunda konfrans işə başlayıb
Bakıda “Gender bərabərliyi və media” mövzusunda konfrans işə başlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:15 13.05.2019

Mayın 13-də Bakıda "Gender bərabərliyi və media” mövzusunda konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində reallaşdırılan tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyes layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, hazırda dünyada media azadlığı sahəsində bir sıra problemlər mövcuddur. Belə layihələr bu problemlərin həlli barədə müzakirələrin aparılması baxımından çox önəmlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, hələ Avropa Şurasının yaranmasından 30 il əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilmişdi. Azərbaycanda bu sahədə də balanslaşdırılmış siyasət aparılır. Ölkəmizdə gender bərabərliyinə həssas yanaşma var. Bu, Konstitusiyamızda da öz əksini tapıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM