Alternative content

19:26 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Liqasının finalına ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda hazırlıqlar yekunlaşmaq üzrədir
Avropa Liqasının finalına ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda hazırlıqlar yekunlaşmaq üzrədir
ANA SƏHİFƏ / İDMAN
14:20 12.05.2019

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin mayın 9-da keçirilən cavab qarşılaşmalarından sonra Bakı finalının iştirakçıları müəyyənləşib. Beləliklə, mayın 29-da Bakıda keçiriləcək final qarşılaşmasında Londonun "Arsenal” və "Çelsi” komandaları üz-üzə gələcək.

AZƏRTAC xəbər verir ki, qitənin nüfuzlu klub turnirinin final matçına ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunun (BOS) bu mühüm qarşılaşmaya hazırlığı yekunlaşmaq üzrədir.

BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva AZƏRTAC-a açıqlamasında deyib: "Artıq UEFA Avropa Liqasının möhtəşəm final oyununa 20 gündən az vaxt qalıb. UEFA nümayəndələri paytaxtımıza gəlməyə başlayıblar. Bir neçə mütəxəssis stadionda işləyir. Gələn həftə isə digər nümayəndələr ölkəmizə təşrif buyuracaqlar. Avropanın ali futbol qurumunun nümayəndələri final oyununadək Yerli Əməliyyat Komitəsinin və AFFA-nın üzvləri ilə birgə çalışacaqlar”.

Möhtəşəm final matçının keçiriləcəyi Bakı Olimpiya Stadionunda oturacaqların sayının artırılaraq 70 minə çatdırılacağını deyən C.Mehdiyeva bildirib ki, hazırda texniki işlər də yekunlaşmaq üzrədir. Gələn həftənin ilk günündə media zonasında yeni oturacaqlar quraşdırılacaq. Almaniyada istehsal olunan oturacaqlar BOS-un standartlarına uyğun hazırlanıb. Tribuna 330 yerdən ibarət olacaq. Bu, o deməkdir ki, media zonasında oturacaqların sayı ikiqat artırılacaq. Jurnalistlərin rahat işləmələri üçün masalarda kiçik monitorlar quraşdırılacaq. Tribuna printer aparatı, həmçinin yüksəksürətli internet və digər texniki avadanlıqla təchiz olunacaq.

BOS-un rəsmisi stadionun ot örtüyünün vəziyyətindən danışarkən vurğulayıb ki, arenanın ot örtüyünün renovasiya prosesi həyata keçirilib. Bu ot örtüyü "Avro 2020”nin oyunlarında da istifadə olunacaq. Bu məqsədlə AFFA tərəfindən ot örtüyünə qulluq üçün xüsusi avadanlıq alınıb. Avadanlıq ultrabənövşəyi şüalar vasitəsilə ot örtüyünün yaşıl və yumşaq vəziyyətdə qalmasına xidmət göstərir.

UEFA Avropa Liqasının finalı ilə əlaqədar Bakıda möhtəşəm bayram ab-havası hökm sürəcək. Təşkilatçılar bununla əlaqədar bir sıra sürprizlər hazırlayırlar.

C.Mehdiyevanın sözlərinə görə, final oyunu ərəfəsində və günündə BOS-un ərazisində və şəhərin mərkəzində əyləncə proqramları təşkil olunacaq. Proqramlar "Fan zona” çərçivəsində həyata keçiriləcək. Azarkeşlərin vaxtının maraqlı keçməsi üçün bu zonalarda hər cür şərait yaradılacaq.

İdman jurnalistləri qitənin ikinci ən nüfuzlu klub turnirinin final qarşılaşmasının işıqlandırılmasına böyük maraq göstərirlər. Bu mühüm görüşü işıqlandırmaq istəyən yerli jurnalistlərin də sayı kifayət qədərdir. Final görüşü ilə əlaqədar media təmsilçilərinin qeydiyyatı prosesindən danışan C.Mehdiyeva deyib: "Final oyununa media nümayəndələrinin qeydiyyat prosesi davam edir. Müraciətlər üçün son gün mayın 13-dür. Yerli media nümayəndələri ilə yanaşı, əcnəbi jurnalistlərin də müraciətləri qəbul olunur. Azərbaycan üçün 25 faizlik kvota nəzərdə tutulub. Bütün jurnalistlərin qeydiyyatı eyni şərtlərlə qəbul olunur. Yekun qərarı isə UEFA-nın media departamenti verəcək. Sevindirici haldır ki, Avropa ilə yanaşı, dünyanın bir çox ölkələrindən müraciətlər edilir. Avstraliya və ABŞ-dan da müraciətlər var. Bakıda təşkil olunacaq final oyunu təkcə Avropa mətbuatında deyil, bütün dünyada işıqlandırılacaq. Bu da final oyununa dünyada böyük marağın olduğunu göstərir”.

Paytaxtımız İngiltərə klublarının futbolçularından əvvəl nümayəndələrini qəbul edəcək. Şərq və Qərbin vəhdətini təşkil edən Bakının gözəlliyi ilk öncə nümayəndə heyətlərinin üzvlərini valeh edəcək. Finalda iştirak edəcək komandaların nümayəndələrinin mayın 13-15-də ölkəmizdə səfərdə olacaqlarını vurğulayan müsahibimiz söyləyib ki, onlar üçün xüsusi seminar təşkil olunacaq. Seminar çərçivəsində bütün məsələlər müzakirə ediləcək və görülən işlər barədə komandaların nümayəndələri məlumatlandırılacaq. Komandaların mətbuat üçün açıq məşqi oyundan bir gün əvvəl – mayın 28-də təşkil olunacaq. Digər futbol oyunlarından fərqli olaraq bu açıq məşq mətbuat nümayəndələri üçün 15 dəqiqə deyil, 1 saat açıq olacaq. Təbii ki, məşqdən əvvəl komandaların mətbuat konfransı təşkil ediləcək.

Yüksək təşkilatçılıq bacarığı ilə digər ölkələrə nümunə göstərilən Azərbaycan yeniliklərin və ilklərin tətbiqi ilə də fərqlənir. C.Mehdiyeva hazırlıq prosesində bir sıra yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, BOS UEFA və FIFA standartlarına uyğun olaraq inşa edilib. UEFA tərəfindən ölkəmizdə yenilik tətbiq olunacaq və bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə istifadə olunacaq. Belə ki, indiyədək ölkəmizdə canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətlərlə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq. Stadionda dünya standartlı fiberoptik internet quraşdırılıb və məhz buna görə AoİP (audio-over-aypi) sistemlər tətbiq olunacaq. Beləliklə, səs canlı efir çərçivəsində məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək.

Final oyununun indidən gərgin idman mübarizəsi şəraitində keçəcəyini demək olar. Stadiondakı futbolsevərlərin çılğın azarkeşliyini də əlavə etsək möhtəşəm atmosferin yaddaşlarda dərin iz buraxacağını əminliklə söyləmək olar. Təbii ki, belə bir matçı azarkeşsiz fikirləşmək mümkün deyil. Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçiriləcək final oyunu ilə əlaqədar ölkəmizə gələn və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) rəsmi dəvət məktubunu və ya UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənədi, yaxud final matçına bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mayın 15-dən iyunun 1-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Sənədə əsasən, Xarici İşlər Nazirliyinə final oyunu ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş ölkələrin siyahısına uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UEFA-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılıb. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi misilsiz xidmətlərin bir hissəsidir. Məhz dövlətimizin başçısının həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində beynəlxalq qurumlar heç bir tərəddüd etmədən irimiqyaslı yarışların keçirilməsini respublikamıza həvalə edirlər.

Möhtəşəm görüntüyə malik BOS dünya arenaları arasında öz yeri və çəkisi ilə fərqlənir. Arena 2015-ci ildə standartları ölkəmizdə müəyyənləşən ilk Avropa Oyunlarının, iki il sonra isə IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərinə ev sahibliyi edib. Müxtəlif mötəbər mükafatlara layiq görülən arena növbəti dəfə öz qapılarını mühüm bir idman hadisəsi üçün azarkeşlərin üzünə açacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM