Alternative content

17:53 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Topaz Premyer Liqası: “Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Topaz Premyer Liqası: “Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
ANA SƏHİFƏ / İDMAN
10:11 12.05.2019

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, XXVIII turun son oyununda gümüş mükafatçı "Neftçi" çempionluğu erkən qazanan "Qarabağ"la qarşılaşıb. "Bakcell Arena"da baş tutan matçda qonaqlar qalib gəlib - 3:2.

Oyunda hesabı 15-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Mahir Mədətov açıb. Lakin ilk hissənin sonlarına yaxın "Neftçi" 2 qol vurub. Əvvəlcə 38-ci dəqiqədə Emin Mahmudov, 2 dəqiqə sonra isə Canluka Sansone fərqlənib. İkinci hissədə yenidən M.Mədətov ön plana çıxıb. O, 64-cü dəqiqədə hesabı 2:2 edib. Oyunun 90-cı dəqiqəsində isə Riçard Almeyda Ağdam komandasının qələbə qolunun müəllifi olub.

Beləliklə, "Qarabağ" mövsümü 66, "Neftçi" isə 58 xalla başa vurub.

Mahir Mədətov 16 qolla mövsümün bombardiri olub.

Qeyd edək ki, oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Çempionluq kubokunu başı üzərinə qaldıracaq "Qarabağ” qızıl, "Neftçi” gümüş, "Səbail” isə bürünc medal alacaq.

Turun digər oyunlarında "Keşlə" "Səbail"i 4:1, "Zirə" "Sabah"ı 3:0, "Sumqayıt" isə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM