Alternative content

04:02 24 May 2019
ONLINE XƏBƏR LENTİ
02:34 24.05.2019 İlk dəfə
02:24 24.05.2019 Sabahın qurucuları
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karyera imkanı və istehsalat təcrübəsi
Karyera imkanı və istehsalat təcrübəsi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:28 12.05.2019


Bugünkü gəncliyin potensialının üzə çıxarılması və onlardan maksimum istifadə dövlət gənclər siyasətinin mühüm istiqamətini təşkil edir. Məhz, bunun nəticəsidir ki, bu sosial təbəqə istər ölkə daxilində, istərsə də beynəlxalq miqyaslı tədbirlərdə fəallıqları ilə seçilirlər.

Gənclərimiz müxtəlif layihələrin icrasında könüllü kimi iştirak edərək təcrübə toplayır, gələcək karyera irəliləyişlərinə doğru ilk mühüm addımlarını atırlar. Azərbaycanda yaradılmış əlverişli biznes mühiti gənc sahibkarların öz biznes ideyalarını reallaşdıra bilmələrinə mühüm şəraiti təmin edir. İnnovasiyalar, yeni mütərəqqi ideyalar bu gün cəmiyyət həyatına gənclər vasitəsilə, onların yaxından iştirakı ilə daxil olur.

Müasir dövrdə işəgötürənlərin tələbləri kifayət qədər yüksəkdir. Hər bir müəssisə işə təyin edəcəyi potensial kadrda nəzəri biliklərlə yanaşı, praktik təcrübə, sosial bacarıqlar, liderlik xüsusiyyətləri və s. kimi keyfiyyətlər axtarır ki, bu da müasir dövrün tələblərinə tam uyğundur. Bu faktoru nəzərə alaraq, Bakı Ali Neft Məktəbində təhsil və tədris prosesi müasir təlim texnologiyaları əsasında nəzəri biliklərin istehsalatla sıx əlaqəsinə yönəlmişdir.

BANM Azərbaycanda fəaliyyət göstərən enerji, avtomatika və İKT sahələrində ixtisaslaşmış bir çox aparıcı transmilli və yerli şirkətlərlə yaxından əməkdaşlıq edir. İxtisaslı və müasir dövrün tələblərinə cavab verən mütəxəssis axtarışında olan bu müəssisələr üçün tələbələrimiz potensial kadr rolunu oynayırlar. SOCAR, BP, "Total”, "Statoyl”, "Schlumberger”, "Hallburton”, "Emerson Process Management”, AVANDSİS GROUP, "Schneider Electric”, ABB, "Microsoft”, "Baker Hughes”, "E.On” kimi şirkətlər ali məktəbin sıx əməkdaşlıq etdiyi partnyorlardır. Sözsüz ki, bu partnyorların sayı ilbəil artmaqda davam edəcəkdir.

Təbii ki, bu tərəfdaşlıq qarşılıqlı maraq prinsipləri əsasında formalaşdığından BANM tələbələri də bu şirkətlərin xidmətlərindən və zəngin təcrübəsindən faydalanırlar. Əmək bazarının müasir tələbləri nəzərə alınaraq, tələbələr təhsil aldıqları müddətdə yay və qış tətilləri ərzində təhsil ocağının əməkdaşlıq etdiyi şirkətlərin müəssisələrində təcrübə keçir, praktik bilikləri öyrənirlər.

BANM-in hərtərəfli dəstəkçisi olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) strateji yollarla enerji sektorunda milliləşdirmə siyasətini həyata keçirərək Azərbaycanda neft-qaz sektorunda çalışan ixtisaslı kadrların hazırlanması məqsədini reallaşdırır və bunu şirkətin fəaliyyətinin əsas prioritetlərindən biri hesab edir. SOCAR şirkətin avtomatik idarə olunan insan resursları məlumatlar bazasını yaratmışdır və xarici şirkətləri də bu sistemdən istifadə etməyə dəvət edir.

Milliləşdirmə siyasəti hazırda qeyd olunan bir çox xarici şirkətlərin əsas strateji istiqamətləri sırasında yer alır. Məsələn, BP uzun illərdir ki, SOCAR və digər müvafiq dövlət qurumlarla birgə Azərbaycanın neft-qaz sektorunda ixtisaslaşmış milli kadrların yetişdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə uzunmüddətli strategiya üzərində çalışır. Bu strategiyaya əsasən, istər hökumət, istərsə də BP və onun tərəfdaşları layihə və əməliyyatlara cəlb edilmiş mütəxəssislərin azərbaycanlı olmasında maraqlıdır.

Bundan başqa, BANM-də müntəzəm olaraq təşkil edilən təlim kursları və seminarlar nəticəsində tələbələr liderlik, ünsiyyətqurma, prezentasiya, layihələrin idarə olunması, risklərin idarəolunması, vaxta nəzarət və s. kimi bilik və bacarıqlara yiyələnirlər və bu bacarıqlar onların gələcəkdə nəinki texniki heyətdə, həmçinin yüksək administrativ vəzifələrdə yer tutmaları istiqamətində mühüm əhəmiyyət kəsb edir. Üstəlik nəzərə alsaq ki, bu təlimlərin bir çoxu beynəlxalq şirkətlərin rəhbər işçiləri və aparıcı mütəxəssisləri tərəfindən həyata keçirilir, onlardan nə kimi biliklərə yiyələnməyin mümkün olduğunu təsəvvür etmək bir o qədər də çətin deyil.

Beləcə, BANM-də təhsilini uğurla başa vurmuş istənilən tələbə üçün həm Azərbaycan, həm də dünyanın müəyyən regionunda arzularında canlandırdığı karyeraya yüksəliş üçün hərtərəfli imkanlar mövcuddur. Tələbəyə sadəcə olaraq səylə çalışmaq və yaradılmış imkanlardan maksimum yararlanmaq qalır!

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM