Alternative content

04:17 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Süni ətlər qida sektoruna “ayaq açır”
Süni ətlər qida sektoruna “ayaq açır”
ANA SƏHİFƏ / Elm və texnika
01:20 12.05.2019


Kanadada laboratoriya şəraitində istehsal edilən ətlər tezliklə qida sektorunda istifadə ediləcək.

Kanada rəsmi xəbər agentliyi olan "CanadianPress”in xəbərinə görə, ölkədəki bəzi şirkətlər yaxın illərdə laboratoriyada heç bir heyvan kəsmədən toyuq, inək və qoyun əti istehsalına başlayacaq. İstehsal edilən ətlər həm insan, həm də it-pişik qidaları kimi istifadə edilə bilər.

"Future Fields” şirkətinin təsisçisi Lejji Gafour mətbuata açıqlamasında bildirib ki, hazırda toyuq ətinin laboratoriya şəraitində istehsalı üzərində çalışırlar. Yaxın 5-7 il ərzində bu toyuqlar ictimai istehlaka hazır olacaq.

"Appleton Meats” şirkəti isə laboratoiyada istehsal etdikləri mal ətindən hazırlanan burgerləri bazara çıxarmağa çalışır. Şirkətin icraçı direktoru Sid Deen 2017-ci ilin sonunda bu işə başladıqlarını və 3-5 il ərzində burgerləri satışa çıxara biləcəklərini söyləyib.

Torontoda yerləşən "Because Animals” adlı başqa bir şirkət də eyni üsulla laboratoriyada tarla siçanı hüceyrələrindən istehsal etdikləri ətlə pişik qidası hazırlayıb. Şirkətin rəhbəri Şannon Falconer bildirib ki, hazırda məhsulun mağaza rəflərində yerləşdirilməsi üçün lazım olan qanuni işlər həyata keçirilir.

Qeyd edək ki, laboratoriya şəraitində ilk ət istehsalını keçən il "Aleph Farms” adlı İsrail şirkəti həyata keçirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM