12 May 2019 01:17
1415
Elm və texnika
A- A+

Bilirsinizmi...


* Günəş enerjisinin 19 faizi atmosferdə udulur, 47 faizi Yerə düşür, 34 faizi isə kosmosa qayıdır. Tam Günəş tutulması 7,5 dəqiqədən çox çəkmir; tam Ay tutulması isə 104 dəqiqə davam edir.

* Yer üzündəki qadınların təxminən 2 faizinin gözlərində nadir genetik mutasiya var. Həmin mutasiya onlara 100 mln. rəngi ayırd etməyə imkan verir.

* Pluton planetində bir ilin uzunluğu Yerdəki 247,7 il qədərdir.

* İlk coğrafi atlas m.ə.150-ci ildə alim Ptolomey tərəfindən yaradılıb, 1477-ci ildə Boloniya şəhərində çap edilib.

* Tüdorun hakimiyyəti dövründə İngiltərədə sıx bağlanmış korset və biləkdə çoxlu qolbaqlar bakirəlik əlaməti hesab olunurdu.

* İnsan beyni bir gündə dünyadakı bütün telefonlardan daha çox elektrik impuls edir.

* Alimlərin fikrincə, insan məktəbi bitirdikdən 22 il sonra sinif yoldaşlarının, demək olar ki, hamısının adını və simasını yaddan çıxarır.

* Roma ordusunda hər çadırda 10 əsgər qalırdı. Hər çadırın öz başçısı seçilir və "dekan” adlanırdı.

* Taylandın milli himni 1902-ci ildə rus bəstəkarı Pyotr Şurovski tərəfindən yazılıb.

* Bütün ölkələrin əsgərləri sağ əllə salam verir.

* Qəhvəyi rəngində göz əslində mövcud deyil. Qəhvəyi gözlər mavi gözlərdəki qəhvəyi piqment vasitəsilə həmin rəngi alır. Gözlərdəki qəhvəyi piqmenti əməliyyat vasitəsilə götürüb həmişəlik mavi gözlərə sahib olmaq olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video