Alternative content

06:16 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
17:48 13.11.2019 İndoneziyada partlayış
17:48 13.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təbiətin dostları: uça bilməyən quş
Təbiətin dostları: uça bilməyən quş
ANA SƏHİFƏ / Elm və texnika
01:16 12.05.2019


Yaxından görməsək də, hər birimiz bu heyvanı çox sevirik. Dünyanın ən sevimli, qəribə, bəzən də gülməli görünən və uça bilməyən quşlarını gəlin daha yaxından tanıyaq.

Pinqvinlərin əcdadları hələ Antarktida tam olaraq buz parçasına çevrilməyən zamanlar o ərazidə yaşayıb. Antarktida Cənub qütbünə hərəkət edərək tamamilə buzla örtülməyə başlayanda orada yaşayan heyvanlar ya ərazini tərk edib, ya da soyuqdan məhv olublar. Amma pinqvinlər yaşayış yerlərini tərk etməyərək, yeni yaranmış iqlimə uyğunlaşıblar. 60 milyon il bundan əvvəl planetimizdə yaşayan pinqvinlərin 40-a qədər növü isə məhv olub. Hazırda Cənub qütbü, Yeni Zelandiya, Avstraliyanın cənubu, Cənubi Amerikanın sahil sularında, Folkner adalarından Peruya qədər, Cənubi Afrika və hətta Qalapaqos adalarının ekvatora yaxın sahillərində yaşayırlar.

Təxminən 17 növü bilinən pinqvinlərin ölçüləri 30-105 sm olur. Ən iri növü hesab edilən İmperator pinqvinlərinin kilosu 45 kq, hündürlüyü isə 110-120 sm-ə çatır.

Quyruqları qısadır, ayaqları bədənlərinin arxasında olduğundan rahatlıqla ayaq üstə dayana bilirlər. Qanadları uçmağa yaramır. Amma uçmağa yaramayan əzələli və güclü qanadlar üzərkən çox qüvvətli üzgəc vəzifəsini görməklə yanaşı, buz üzərində sıçrayan və sinələrinin üzərinə yataraq çox yaxşı sürüşən pinqvinlərə "xizək kimi” kömək edir. Bu üsulla pinqvinlər qaçaraq qurudan bir neçə yüz kilometr suyun içərisinə qədər girə bilirlər.

Pinqvinlər unikal heyvanlardır. Belə ki, Cənub qütbü pinqvinləri 40°C-lik bədən istiliyi ilə -40°C-lik Antarktida soyuğuna uyğunlaşma qabiliyyətinə malikdirlər. 80-88°C-lik istilik fərqinə bədənlərindəki tük, yağ və qidalardan əldə etdikləri enerji hesabına tab gətirə bilirlər. Dərisinin altında toplanan 2-3 sm qalınlığındakı piy qatı və iki qatdan ibarət su keçirməyən, bir-birinə sıx yerləşmiş, bütün bədəni tamamilə örtən tük qatı onu soyuqdan qoruyur. Bununla yanaşı, tüklərin arasında qalan hava qatı da suya daxil olarkən temperaturu özündə saxlayır və istiliyin itməsinə imkan vermir. Pinqvinlərin ayaqlarında bədən istiliklərini nizamlayan avtomatik mexanizm mövcuddur. Ayaqlara gələn isti arterial qan öz istiliyini nisbətən soyuq olan venoz qana verir və yenidən geri, bədənə qayıdır. Geridönüm (axım) prinsipi adlanan bu proseslə bədəndəki istilik tənzimlənir. Nəticədə pinqvinlərin ayaqları buzun üstündə donmur.

25 il ömrü olan bu quşlar birlikdə isinir, birlikdə yaşayırlar. Tək-tək yumurtlamağı və bala çıxarmağı sevmirlər. Adətən onlar bunu bir yerdə on minlərlə cütlüyün toplandığı koloniyalarda edirlər. Yumurta qoymaq və balaları yemləməkdə hər iki cütlük iştirak edir. Balalarını üyütdükləri balıq və balaca heyvan qırıqları ilə yemləyirlər. Böyük dəstə ilə bir yerə yığışanda belə hər pinqvin öz balasını tanıya bilir.

Antarktidada vertolyot uçuşları qadağandır. Buna səbəb pinqvinlərin boyunlarının qısa olmasıdır. Çünki səsi eşidib yuxarı baxmaq istədikləri zaman hamısı domino şəklində yerə yıxılır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM