Alternative content

16:43 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş bəlası - miqren
Baş bəlası - miqren
ANA SƏHİFƏ / Səhiyyə
01:15 12.05.2019


Son zamanlar insanların ən çox şikayət etdikləri xəstəliklərdən biri də şiddətli başağrıları ilə müşayiət edilən miqrendır. Xəstəlik barədə həkim-nevropatoloq Fərhad Əhmədov bildirib ki, miqren irsi nevroloji xəstəlikdir.

Xəstəliyin şiddəti tutmaların tezliyi və intensivliyi ilə müəyyən edilir. Yüngül formalı miqrendə tutmalar ildə bir neçə dəfə, ağır formalarda gündəlik baş verir. Lakin miqren tutmalarının ayda 2-dən 8 dəfəyədək baş verməsi xəstəliyin ən geniş yayılmış forması hesab olunur. Miqrenə səbəb olan bir çox təhrikedici amillər var. Qidanın tərkibində olan bəzi maddələr və ya qidalanma rejiminin özü miqrenoz tutmaların yaranmasına səbəb ola bilər.

Həmçinin ətraf mühit, yuxu rejimi, dərman qəbulu, psixofizioloji və s. amillər də miqren yaradan səbəblər arasındadır.

Qadınlarda ayda orta hesabla 7, kişilərdə isə 6 tutma baş verir. Qadınlarda tutmanın orta davametmə müddəti 7,5 saat, kişilərdə isə 6,5 saatdır. Qadınlarda tutmanın səbəbləri daha çox atmosfer təzyiqinin, havanın temperaturunun dəyişməsi və digər iqlim dəyişiklikləridirsə, kişilərdə gərgin fiziki iş fəaliyyətidir. Miqreni müşayiət edən simptomlar da ayırd edilir: bu, kişilərdə daha çox fotofobiya və depressiya, qadınlarda isə tez-tez ürəkbulanma halları və qoxubilmənin pozulmasıdır.


2-3 gün sürən ağrılar


Miqren tutmalarının olacağından xəbər verən əlamətlər isə zəiflik, səbəbsiz yorğunluq hissi, konsentrasiyanın zəifləməsi, diqqətin pozulması şəklində özünü göstərir. Tutmalardan sonra bəzən yuxusuzluq, zəiflik, dəri örtüyünün solğunlaşması müşahidə olunur. Miqrenoz başağrısının xarakteri digər mənşəli başağrılarından fərqlənir - gicgahlardan başlayan sıxıcı ağrı tədricən başın yarısını əhatə edərək, alın və göz nahiyələrinə yayılır. Miqren zamanı həmişə bir və ya bir neçə müşayiətedici simptom - fotofobiya, ürəkbulanma, qusma, səsdən qıcıqlanma, iybilmənin, görmə və diqqətin zəifləməsi müşahidə olunur. Qadınlarda rast gəlinən miqren xəstəliyinin 10%-də tutmalar menstruasiya zamanı baş verir və başlandıqdan sonra bir və ya iki gün davam edir. Adətən uşaqlarda miqren zamanı yanaşı simptom kimi yuxululuq qeyd edilir və tutmalar yuxudan sonra keçib gedir. Kişilərdə miqren ağır iş gördükdən sonra inkişaf edir. Hərəkət və ya gəzinti zamanı, ağır yük qaldırdıqda, nərdivana qalxanda ağrı artır. Gicgah nahiyəsində arteriyalar gərgin olur, ağrı və gərginlik hərəkət zamanı artır. Bu səbəbdən xəstələr tutma mərhələsini yataq şəraitində, sakit və qaranlıq bir yerdə keçirirlər ki, xarici qıcıqların sayını minimuma endirsinlər. Ürəkbulanma miqrenoz başağrılarını digər mənşəli başağrılarından fərqləndirməyə kömək edən mühüm simptomdur. Bu əlamət həmişə tutmaları müşayiət edir və bəzən o qədər güclü ifadə olunur ki, qusmaya gətirib çıxarır.

Miqren ağrısı bir neçə saatdan 2-3 günədək davam edə bilər. Ağrının intensivliyini azaltmaq və xəstənin vəziyyətini yüngülləşdirmək üçün ona üfüqi vəziyyətdə qalmaq, hərəkətliliyini maksimal dərəcədə məhdudlaşdırmaq, başı soyuq dəsmalla bürümək, işıqdan və gur səsdən qorunmaq lazımdır.


Profilaktika


Nevroloq məlumat verir ki, alkoqol və nikotinin damar sisteminə olan dağıdıcı təsiri miqren tutmasının yaranmasına və ağrı intensivliyinin artmasına səbəb olur. Buna görə də energetik içkilər, qəhvə və tərkibində böyük miqdarda kofein olan digər məhsullar qida rasionundan kənarlaşdırılmalıdır. Orqanizmin istirahət və bərpası prosesinin daha da intensiv keçməsi üçün yuxu rejiminə ciddi nəzarət edilməlidir. Ən mühüm dövr 20:00-dan gecə yarısına qədərdir, bu vaxt yuxuda keçirilməlidir. "Fast food”, hisə verilmiş qidalar, konservantlar, aromatizatorlar və dad əlavələri qatılmış ərzaqlar qida rasionundan çıxarılmalıdır. Onların istifadəsi ürək-damar sistemi xəstəliklərinin yaranmasına səbəb olur, həm də miqrenoz tutmaya gətirib çıxara bilir. Yüngül fiziki fəaliyyət, açıq havada gəzintilər orqanizmi məşq etdirir, onu stresə qarşı daha dözümlü edir və tutmanın yaranma ehtimalını azaldır. Zehni fəaliyyətin intensivliyini tənzimləyib, bədəni həddən artıq yükləməmək, emosional gərginliyin və sinir böhranlarının yaranmasına imkan verməmək lazımdır ki, tutmaların əmələgəlmə ehtimalı minimuma ensin.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM