Alternative content

19:19 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vitamin deposu - bal
Vitamin deposu - bal
ANA SƏHİFƏ / Səhiyyə
01:15 12.05.2019


Bal qədimdən ən faydalı və əvəzsiz məhsullardan biri sayılır.

Bal müxtəlif vitaminlər (B1, B2, B6, fol turşusu, K, C, E, A provitamini), mikroelementlər (dəmir, kalium, fosfor, mis, yod, sink və s.), qlükoza, fruktoza, antioksidantlar, aminturşuları, fermentlər, enzimlərlə olduqca zəngindir. Bu səbəbdən qanazlığı zamanı bal əsl əvəzedilməz təbii dərmandır. Ümumiyyətlə, qan-damar sisteminin, demək olar, bütün xəstəlikləri zamanı baldan müalicəvi vasitə kimi geniş istifadə olunur.

Bal güclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərlə tanınır. Bu xüsusiyyətlərə görə bal (xüsusən cökə balı) soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.

Bal insanın immunitetini gücləndirir, orqanizmin xəstəliklər və infeksiyalara qarşı davamlılığını artırır.

Qaraciyərin, böyrəklərin fəaliyyətini yaxşılaşdırır, orada olan iltihablarla mübarizə aparır. Bu qiymətli məhsul həmçinin orqanizmi cavanlaşdırır, toksinlərdən təmizləyir, xolesterinin səviyyəsini aşağı salır, stresi azaldır, yaddaşı yaxşılaşdırır.

Lakin balın yüksəs allergik xüsusiyyətlərinə görə onu 3 yaşından kiçik olan uşaqlar və allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir.

Öz antiseptik və yara sağaldan xüsusiyyətlərinə görə bal mədədə və bağırsaqlarda olan kiçik xoraları sağaldır, ziyanlı mikrobların sayını xeyli azaldır. Bu səbəbdən bal mədə və 12 barmaq bağırsaq xorası, xroniki qastrit, enterit, kolit və s. xəstəliklərin müalicəsi zamanı əvəzsiz vasitədir. Lakin onu da nəzərinizə çatdıraq ki, lazım olan müalicəvi effekti almaq üçün balı uzun müddət ərzində hər gün ilıq suda həll olunmuş şəkildə qəbul etmək lazımdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM