Çiyələk rəngi və qoxusu ilə yay mövsümünün ən sevimli meyvəsidir. C vitamini deposu olan çiyələyin faydalarını saymaqla bitmir. Xərçəngə qarşı mübarizə aparan antosiyan, ellagik asit, kaempferol, kuersetin kimi antioksidantlarla zəngindir.
İnfarkt riskini 30% azaldır və ürək sağlamlığını qoruyur. "Pis” xolesterolun səviyyəsini aşağı salır, damar sağlamlığını qoruyur. Göz sağlamlığına fayda verir, su və lif tərkibi yüksək, kalori səviyyəsi aşağıdır. Arıqlamaq istəyənlər pəhrizlərinə daxil edə bilərlər. Çiyələk həzm sisteminə müsbət təsir edir, qəbizlik problemini həll edir. Uşaqlarda iflic və ağız-dəri yaralarına yol açan virusları öldürür.
Qanı təmizləyir, qan şəkərini nizama salır, şəkər xəstəliyi riskini azaldır. Potasium və antioksidantla zəngin olan bu meyvə qan təzyiqini tənzimləyir. Qaraciyər xəstəliklərinə fayda verir.
Qarnında su toplanan, böyrəyində qum, ya daş olanlar, damar sərtliyi, yüksək təzyiq problemi olanlar çiyələk və yarpağından dəmlənmiş çaydan içə bilərlər.
300 qram çiyələk yarpağını və kökünü 1 gecə suda saxlayın. Ertəsi gün 1 litr suda 20 dəqiqə qaynadın və çay kimi için.