Alternative content

16:08 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kəlağayı sehrinə və Qarabağ atlarına fantastik vurğunluq
Kəlağayı sehrinə və Qarabağ atlarına fantastik vurğunluq
ANA SƏHİFƏ / Mədəniyyət
01:11 12.05.2019


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən "Vindzor Kral Atçılıq Şousu” 2019-cu il 9 may tarixdə start götürmüşdür.

2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilmiş, nümayəndə heyətimizin hər il nümayiş etdirdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilmişdir.

Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali dəstəyi sayəsində son illər ərzində milli at cinslərinin Azərbaycan brendi kimi dünyada tanıdılması istiqamətində önəmli işlər görülür. Bu tədbirlər sırasında "Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi yer tutur.

Cari ildəki "Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil etmiş, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarmışlar.

Oman Sultanlığını, Birləşmiş Ərəb Əmirliklərini, Macarıstanı və Böyük Britaniyanı təmsil edən digər atçılıq şousu iştirakçıları fonunda təmsilçilərimizin milli geyimdə çıxışları xüsusilə fərqlənmiş, çoxsaylı tamaşaçı kütləsinin rəğbətini qazanmışdır.

2019-cu ildə Birləşmiş Krallığın ən qüdrətli taxt-tac sahibi kimi tarixə düşmüş Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş bu tədbir üçün nümayəndə heyətimiz tərəfindən xüsusi olaraq "Azərbaycanın kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya hazırlanmışdır. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərindən ikisinin vəhdətindən formalaşan bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də Azərbaycan qadınlarının ənənəvi baş örtüyü, ismət və gözəllik rəmzi olan kəlağayı təşkil etmişdir.

Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncələyən təqdimatında kompozisiyanın əsas elementlərindən birini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə Kraliça Viktoriyaya hədiyyə edilməsinin vurğulanması böyük maraqla qarşılanmışdır.

Milli musiqi alətlərimizdə - balabanda, tütəkdə, zurnada, tarda, kamançada, nağarada ifa olunan, xalqımızın kod yaddaşının daşıyıcıları - milli rəqsimiz yallının, gənc muğam ustası Mirələm Mirələmovun ifasında "Ay Laçın” xalq mahnısının və Emin Sabitoğlunun bəstələdiyi "İncəbellim” musiqisinin ecazkar sədalarından, "Sərhədçi” rəqs ansamblının hərarətli və çılğın rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, alov püskürənlərin qeyri-adi performanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçılarını, sözün əsl mənasında, ovsunlamışdır.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru - Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımov, xoreoqrafı Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadə, süvarilər dəstəsinin rəhbəri Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Azər Həmzəyev, Alov şou qrupunun rəhbəri isə Rasim İskəndərlidir.

7 dəqiqə davam edən şou müddətində süvarilərimizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları, rəqqaslarımızın ifasında qılıncoynatma səhnələri, kəlağayımızın xalqımızın sülhsevərlik simvollarından biri olmasının - döyüş meydanında Azərbaycan qadını tərəfindən kəlağayının yerə atılması ilə savaşa son qoyulması adətinin nümayiş etdirilməsi, meydandakı reklam lövhələrinin üçrəngli bayrağımızın rənglərinə boyanması diqqəti xüsusi cəlb etmişdir.

Şou-proqram tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanmış, əksəriyyəti Britaniya aristokratiyasından ibarət olan böyük tamaşaçı kütləsinin zövqünü oxşamış, tamaşaçılar ayağa qalxaraq təmsilçilərimizi sürəkli alqışlarla yola salmışlar.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM