Alternative content

18:23 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan olunub
35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan olunub
ANA SƏHİFƏ / Mədəniyyət
15:44 11.05.2019

Nazirlər Kabineti "Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, "Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiqlənib.

Həmçinin qərarla "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” da təsdiq olunub. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq edilmiş "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş 11 film və 35 müəllifin əsərlərindən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.

Əsərləri dövlət varidatı elan edilən müəlliflər - Qətran Təbrizi, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Aşıq Qurbani, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Aşıq Abbas Tufarqanlı, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Aşıq Ələsgər, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əhməd Cavad, Mikayıl Müşfiq, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əzim Əzimzadə, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyov, Səməd Vurğun və Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər - "Sevil ”, "Lətif ”, "İsmət”, "Mavi dənizin sahilində”, "Almaz”, "Bakılılar”, "Kəndlilər ”, "Səbuhi”, "Bir ailə”, "Arşın mal alan” və "Görüş” .


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM